Əsas Səhifə > Gündəm, Manşet > ARTUR RƏSİZADƏ QƏRİB MƏMMƏDOVU YOXLATDIRIR
ARTUR RƏSİZADƏ QƏRİB MƏMMƏDOVU YOXLATDIRIR15-06-2012, 13:09 |
KOMİTƏ SƏDRİNİN İLLƏRİN HESABATINI VERMƏSİ ZAMANI YETİŞDİ DİA.AZ: - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovla bağlı redaksiyamıza maraqlı informasiyalar daxil olub. Məlumatda bildirilir ki, komitə sədrinin fəaliyyəti ilə bağlı yoxlamalar həyata keçirilir. Yoxlamaların əsas məqsədi Azərbaycanda dövlət balansında olan torpaqların faktiki vəziyyətini müəyyənləşdirməkdən ibarətdir, Nazirlər Kabinetinin müvafiq komissiyasının apardığı yoxlamalar nəticəsində çox ciddi qanun pozuntularının ortaya çıxdığı bildirilir. Aparılan yoxlamalar haqda redaksiyamızı məlumatlandıran mənbənin sözlərinə görə, yoxlamaların sonucu olaraq Azərbaycanda vahid torpaq kadasdr sisteminin qurulması, elektron məlumat bazasının yaradılması nəzərdə tutulubmuş. Lakin Qərib Məmmədovun bu komitəyə başçılıq etdiyi zamanlarda yaratdığı anarxiya həmin islahatların həyata keçiriləmsini birmənalı olaraq mümkünsüz edib: »Hazırda fərdi və hüquq şəxslərin mülkiyyətində olan torpaqların mülkiyyətçilik hüquqi ilə bağlı 4500 məhkəmə çəkişməsi gedir. Bundan başqa ölkə ərazisindəki torpaqların dövlət və ya bələdiyyə mülkiyyəti, həmçinin də şəxsi mülkiyyətdə olması ilə bağlı olaraq heç bir vahid plan mövcud deyil.» Mənbə həmçinin DİA.AZ-a onu da bildirib ki, NK-nın komissiyası aparılan yoxlamalar zamanı rayon icra hakimiyyətlərinə də müraciətlər edib. Komissiyanın yerli icra hakimiyyətlərinə yolladığı sorğularda bu məsələ ilə bağlı bir sıra istiqamətlərdə iş aparılır. Məsələ burasındadır ki, həmin sorğularda icra hakimiyyətlərindən 2011-ci ildə təsdiqlənmiş kadasdr planları barədə məlumatlar toplanır. Bundan başqa dövlət mülkiyyətində olan torpaq sahələri ilə bağlı da araşdırmaların aparıldığı söylənilir. Məlumatlara əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsi, həmçinin də bu torpaqların kimlərə icarəyə verilməsi məsələsi araşdırılır. Bağlanan müqavilələrlə bağlı sənədlər istənilir. Məsələ burasındadır ki, torpaqların yenidən dəqiqləşdirilməsi məsələsində Müdafiə Nazirliyinin və bir sıra nazirliklərin də adları keçir. Hətta Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansında olan dövlət qoruqlarının ərazilərinin icarəyə verilməsi faktları da toplanır. Bildirilir ki, bu məlumatlar toplandıqdan sonra komissiya böyük bir rəy hazıralyaraq dövlət başçısına təqdim edəcək. Toplanan məlumatlar sonradan adıçəkilən komitənin ləğv edilməsi zərurətini də ortaya qoya bilər. Komitənin ləğv edilməsi üçün bir sıra qanunvericilik bazalarının hazırlandığı da bildirilir. Məlumatlara əsasən komitənin ləğv edilməsi üçün hazırlanan qanunvericilik bazası ilə bağlı olaraq bəzi instansiyalara da məlumatlar verilib. Onu da əlavə edək ki, yaxın zamanlarda torpaqların qeydiyyata alınması, fərdi mülkiyyətdə olan torpaqların sənədləşdirilməsi üçün qanunvericilik bazası yaradılır. Bu qanun qüvvəyə minəndən sonra isə demək olar ki, torpaqlarla bağlı bütün hüquqlar bələdiyyələrdən veriləcək. Bununla da Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi funksiyasının böyük bir hissəsini itirmiş olacaq. Komitənin funksiyaları həmçinin bir sıra dövlət qurumları, eləcə də Nazirlər Kabineti ilə birləşdiriləcək. Bu birləşdirmədən öncə isə Qərib Məmmədovun yola salınacağı, hətta onun həbs edilə biləcəyi də deyilir. Hər halda bu NK-nın komissiyasının rəyindən və əlbəttə ki, dövlət başçısının qərarından sonra bəlli olacaq. Hər halda Qərib Məmmədov uzun illərin çox ağır hesabatını vermək məcburiyyətindədir. Geri qayıt |