Əsas Səhifə > Siyasət, Manşet > HAKİMİYYƏTDƏ YENİ YARPAQ TÖKÜMÜ SEZONU
HAKİMİYYƏTDƏ YENİ YARPAQ TÖKÜMÜ SEZONU15-06-2012, 12:29 |
KİMLƏR GEDƏCƏK, KİMLƏR QALACAQ: İKİ NAZİRİN MƏSƏLƏSİ TAM QƏTİLƏŞİB DİA.AZ: - «Hakimiyyət yeni kadr islahatlarına yalnız sentyabr ayından sonra gedəcək». Bu sözləri redaksiyamıza Nazirlər Kabinetindəki mötəbər mənbə bildirib. Qaynağın iddialarına görə, son günlər «2 nazir və 4 icra başçısı yay tətilindən qayıtmayacaq» şəklində yayılan məlumatlarda yetərincə həqiqət payının olmasına rəğmən, proseslərin, yəni kadr dəyişikliklərinin sentyabr ayının ilk günlərindən başlanması barədə qərar verilib. DİA.AZ-ın «hansı nazir görəvdən alınacaq» sualına cavab verən mənbəmiz bildirdi ki, bu gün mövqeləri laxlayan yetərincə fiqurlar var: «Bəri başdan kimin ilk gündəcə vurulacağını dəqiq söyləmək olmaz. Hər şeyi prezident İlham Əliyev həll edir. Onun öz prinsipləri var. Amma yalnız onu söyləmək olar ki, kənd təsərrüfatı naziri İsmət Abbasovla təhsil naziri Misir Mərdanovun vəzifələrindən azad edilmə şansları olduqca yüksəkdir. Bununla yanaşı, daha iki komitə sədrinin də mövqelərində silkələnmə ola bilər». İcra başçılarına gəlincə isə, bu istiqamətdəki dəyişikliklərin davamlı şəkildə cərəyan edəcəyini vurğulayan mənbəmiz onu da əlavə etdi ki, artıq kimlər yol üstündə olduqlarının tam olaraq fərqindədirlər: «Məsələn, Xaçmazın icra başçısı Şəmsəddin Xanbabayev kifayət qədər arxalı fiqurdur. Və ilk başdan onun Bakının Xətai rayonuna gətiriləcəyi, hazırda Xətai rayonuna əhbərlik edən Razim Məmmədovun isə əyalət rayonlarından birinə göndəriləcəyi (Alı Qocayevin aqibətinə yaxın bir aqibət» haqda məlumatlar var idi. Amma artıq vəziyyətin xeyli dərəcədə dəyişdiyi söylənilir və hər iki başçının birdəfəlik olaraq vəzifələrindən çıxarılması da mümkündür». Mənbəmiz Cəlilabad rayon icra başçısı Əziz Əzizovun, Tovuz rayon icra başçısı Tofiq Zeynalovun da vəzifələrindən alınacaqlırını söylədi: «Amma Tofiq Zeynalov başqa bir vəzifəyə gətiriləcək». Geri qayıt |