Əsas Səhifə > Hadisə > RAMİL USUBOV SÜRÜCÜLƏRƏ MÜRACİƏT ETDİ

RAMİL USUBOV SÜRÜCÜLƏRƏ MÜRACİƏT ETDİ


15-06-2012, 11:54
RAMİL USUBOV SÜRÜCÜLƏRƏ MÜRACİƏT ETDİ

“ONLAR ÖZLƏRİ DƏ BUNU NƏZƏRƏ ALMALIDIRLAR”

Bakı şəhərində avtomobillərdən yüksək səs siqnallarının yığışdırılması istiqamətində tədbirlər görülür. APA-nın məlumatına görə, bunu daxili işlər naziri Ramil Usubov bildirib.

Nazirin sözlərinə görə, vətəndaşlar tərəfindən bir neçə halda bununla bağlı nazirliyə müraciətlər olub: «Bunu nəzərə alaraq tədbirlər görürük. Bundan sonra da müvafiq tədbirlər görəcəyik ki, səsgücləndirici aparatlardan az istifadə olunsun. Əlbəttə burada vətəndaşların da üzərinə müəyyən məsuliyyətlər düşür. Avtomaşınları idarə edərkən yüksək səsli siqnalların verilməsi yolverilməzdir. Onlar özləri də bunu nəzərə almalıdırlar».

Nazir R. Usubov Azərbaycanda kriminogen durumun tam nəzarət altında olduğunu da vurğulayıb. R. Usubovun sözlərinə görə, hazırda Azərbaycan kriminogen durumun sabitliyinə görə nəinki MDB, hətta qərb ölkələri arasında da seçilir: «Bura gələn xarici vətəndaşlar, turistlər özləri də bunu etiraf edirlər».

Geri qayıt