Əsas Səhifə > Gündəm, Manşet > ŞOK: NAZİR MƏKTƏBİN ƏRAZİSİNİ SATIB
ŞOK: NAZİR MƏKTƏBİN ƏRAZİSİNİ SATIB15-06-2012, 11:50 |
TN ŞEFİ MİSİR MƏRDANOVA QARŞI ƏN YENİ KORRUPSİYA İTTİHAMI DİA.AZ: - Hazırda həbsdə saxlanılan və son günlər azadlığı məsələsi ciddi şəkildə dartışılan keçmiş səhiyyə naziri Əli İnsanova qarşı səslənən ən ağır ittihamlardan biri də onun özəlləşdirmə dövründə xəstəxana ərazilərini kimə gəldi satması ilə bağlı idi. Əslində həmin ittihamlar gerçəkliyi ehtiva edirdi və bu işdə Əli İnsanovun «sağ əli» kimi fəaliyyət göstərmiş şəxslərdən biri olan və həm Əli İnsanovun vaxtında və həm də Oqtay Şirəliyevin gəlişindən sonra səhiyyə nazirinin müavini postundakı mövqelərini qoruyan Elsevər Ağayevin BÖYÜK XİDMƏTLƏRİ var idi. Amma Əli İnsanov həbs olunsa da, onun qollarının qandallanmasının səbəbi kimi göstərilən «dövlət çevrilişinə cəhd» ittihamı bir kənara atıb, keçmiş naziri korrupsiya ittihamı ilə mühakimə etsələr də, nazirin bütün bu qara işlərinin baş icraçısı olan Elsevər Ağayevin tükü belə qımıldamadı ki, bu da gözlənilən idi. Çünki Elsevər Ağayev özünün də bir çox məclislərdə öyündüyü kimi hakimiyyətiçi kürd qruplaşmasının çətiri altına girməyə müvəffəq olmuşdu və bu səbəbdən də nazir müavini həm həbsdən canını qurtardı, həm də vəzifəsini qorumağa müvəffəq oldu. Xatırladaq ki, həmin ərəfədə Əli İnsanov az qala bir XALQ DÜŞMƏNİ kimi təqdim olundu. Bütün hakimiyyətdə oturanlar sovet dövrünün «zəhmətkeşləri» kimi əllərinə keçən tribunalarda Əli İnsanova qarşı çıxışlar söylədilər, onun korrupsioner olduğunu bildirdilər. Bu məsələ bir neçə hakimiyyət rəsmisi isə daha da irəli getdi. Məsələn, onlardan biri Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov idi. PA rəsmisi Əli İnsanovun dövründə xəstəxanalardakı rüşvətxorluqdan, korrupsiyadan geniş bəhs edən bir müsahibəyə imza atdı. Həmin müsahibəsində (müsahibə 2007-ci ildə APA agentliyinə verilmişdi -red.) Əli Həsənov «yana-yana» deyirdi ki, Əli İnsanov nazir olarkən xəstə yaxınları talan edilirdi, pulu olmayan xəstələrə həkimlər yaxın durmurdu (sanki indi vəziyyət başqa imiş kimi… -red.). Əli İnsanovu «can evindən vuranlardan» biri isə təhsil naziri Misir Mərdanov oldu. Və əslində hər kəsi heyrətləndirən də Misir Mərdanovun keçmiş səhiyyə nazirinə asi olması idi. Çünki Misir Mərdanov zaman-zaman Əli İnsanova ən yaxın fiqur kimi tanınmışdı və hətta onun Əli İnsanovun əlini «ağsaqqalım» deyərək öpdüyü də bildirilirdi. Yəqin ki, Əli İnsanov da Mərdanovun asiliyinə heyrətlənmişdi… Amma indi artıq Misir Mərdanov heç nə ilə kimsəni heyrətləndirə bilməz. Təsəvvür edin, hakimiyyət bütün varlığı ilə korrupsiyaya qarşı mübarizə apardığını bəyan edir, təhsil sistemində sanki bir əlahiddəlik, avtonomluq var imiş kimi davranırlar. Doğrudur, bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə xanım Abbaszadənin sayəsində Misir Mərdanov bir qədər özünə yığışa bilib. Amma bunun da xeyri olmayıb. DİA.AZ-a müraciət edən bir qrup Bayıl sakininin şikayətlərindən belə aydın olur ki, TN şefi Misir Mərdanov Səbayel rayonunda yerləşən 203 saylı orta məktəbin ərazisini yerli iş adamlarından birinə satıb və hazırda həmin ərazidə şıdırbı inşaat işləri aparılır. Hər halda, bu bir korrupsiya faktıdır və dövlətin müvafiq qurumlarının məsələyə reaksiya vermələrinə ehtiyac var. Narazı sakinlər bildirir ki, satılan ərazidə məktəbin stadionu yerləşirdi: «Biz artıq məsələ ilə bağlı korrupsiyaya qarşı mübarihə idarəsinə müraciət hazırlayıb yollamışıq». Mövzu diqqətimizdədir. Qarşı tərəfi də dinləməyə hazırıq… Geri qayıt |