Əsas Səhifə > Güney Press / Manşet > MƏTBUAT ŞURASI NÖKƏRÇİLİK YOLUNU SEÇİB
MƏTBUAT ŞURASI NÖKƏRÇİLİK YOLUNU SEÇİB14-06-2012, 18:28 |
![]() DAĞILSIN DÜNYA, BU QURUM BİZİM PORTALI MÜZAKİRƏYƏ ÇIXARIB DİA.AZ: - Belə bir qurum var - adına Mətbuat Şurası deyilir. Əslində bu qurumun mətbuat üzərində qəssab funksiyasını həyata keçirməsi hər kəsə məlumdur. Özlərindən bir QARA SİYAHI da icad ediblər. Xoşları gəlməyən, sifariş aldıqları ünvanın marağına cavab verməyən qəzetlərə böhtan atmaqla, əslində onların imiclərinə zərbə vurmaqla məşğuldurlar. Qəzetlər azmış kimi, indi də xəbər portallarına girişiblər. Belə yerdə deyirlər ey, Arazın o tayı bunlara azlıq edirdi, indi də bu taya keçiblər… Özlərindən qərar verirlər. Sanki evcik-evcik oyunu oynayırlar. В«Saqqallı uşaqlardırВ» deyib dəfələrlə onların bu kimi həvəslərinə göz yummuşuq. Amma bu dəfə göz yuma bilmədik. Çünki hədəfdə В«DünyaВ» İnformasiya Agentliydir. Bəli, əziz oxucular, yanılmadınız, bizi müzakirəyə çıxarıblar. Çox sağ olsunlar, hələlik qərar verməyiblər, yəni hələ müzakirələri davam edəcək. Amma bizim yazılarımızın birində В«reketçilik elementləriВ» müəyyən ediblər. Dünya belə yerdə dağılsın, ya dağılmasın… Yox, В«DünyaВ» İnformasiya Agentliyini nəzərdə tutmuruq. Onlar kimdir ki, bizə nəsə də etsinlər. Biz də bu xəbəri alar-almaz dünənə qədər adlarını dost siyahılarında gördüyümüz MŞ üzvlərinə telefon açdıq və yanıldığımızın fərqinə vardıq. Bizi В«qara siyahıВ»ya salma yönündə sifariş alanların bizim dost siyahımızda nə işləri var ki… Hə, cənablar. Bunu istəsəniz, təhdid kimi də qəbul edin, istəsəniz də keçmiş dost iradı bilin. Biz də sizi müzakirə edəcəyik, sizi araşdıracağıq. Hər halda, reketçiliklə siz məşğulsunuz… Geri qayıt |