Əsas Səhifə > Güney Press / Manşet > HAKİMİYYƏTDƏN GÖZLƏNİLMƏZ JEST GƏLİR
HAKİMİYYƏTDƏN GÖZLƏNİLMƏZ JEST GƏLİR14-06-2012, 18:06 |
![]() ƏLİ İNSANOVA В«OLA BİLSİN Kİ, AZAD EDİLDİNВ» XƏBƏRİ VERİLİB DİA.AZ: - Elə bu dəqiqələrdə DİA.AZ-a çox maraqlı bir məlumat daxil olub. Ədliyyə sistemindəki mənbələrdən ötürülən xəbərə görə, hazırda 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan keçmiş səhiyyə naziri Əli İnsanov 15 iyun tarixində verilməsi gözlənilən əfv fərmanı ilə azadlığa çıxa bilər. Bildirək ki, Əli İnsanov 2005-ci ilin 17 Oktyabr hadisələri zamanı tutulmuşdu və ilk əvvəl В«dövlət çevrilişinə cəhdВ» ittihamı ilə həbs edilən keçmiş nazir sonradan 2007-ci ildə korrupsiya ittihamı ilə mühakimə olundu. Məlumatı verən mənbə bildirir ki, Əli İsanova cəza çəkdiyi müəssisənin rəhbərliyi tərəfindən bu səhər В«ola bilsin ki, azad edildin, hazırlaşВ» sözləri deyilib: В«Səhər saatlarında keçmiş naziri rəis qəbul edib və ona bu sözləri deyibВ». Qeyd edək ki, dünən ölkənin bir qrup tanınmış siması adından Avropa İnsan Haqqları Məhkəməsinin rəhbərliyinə müraciət ünvanlanıb və müraciətdə Əli İnsanova azadlıq tələb edilib. Onu da bilbirək ki, məhkəmənin hökmü ilə Əli İnsanov 11 il azadlıqdan məhrum edilib. 2008-ci ilin aprelində Ə.İnsanov Azərbaycan məhkəmələrinin ədalətsiz hökmündən Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verib. Kommunikasiya işlərinin 2010-cu ilin iyulunda başa çatmasına baxmayaraq Avropa Məhkəməsi hələ də qərar qəbul etməyib. Geri qayıt |