Əsas Səhifə > Güney Press / Manşet > ANTİKORRUPSİYA TƏDBİRLƏRİ В«ÜST DÜZƏYƏВ» QALXIR
ANTİKORRUPSİYA TƏDBİRLƏRİ В«ÜST DÜZƏYƏВ» QALXIR14-06-2012, 16:00 |
![]() SƏLİM MÜSLÜMOV KORRUPSİONER İŞÇİLƏRİNİN GÜDAZINA GEDƏ BİLƏR DİA.AZ: - Keçən ilin fevral ayından hakimiyyət korrupsiyaya qarşı mübarizəyə start verdi. Doğrudur, bu yöndə görülən tədbirlər daha çox kosmetik mahiyyət daşısa da, baş verənlərin orta və xırda məmur heyətində təlaş yaratması prosesin siyasət yox, kampaniya olması barədə deyilənləri də puça çıxardı. Günü bu gün də korrupsiyaya qarşı kiçik müstəvidə olsa da, görülən tədbirlərin davam etməsi bu qənaəti daha da oturuşmuş etməkdədir. Amma bu prosesə hakimiyyətin heç də könüllü şəkildə qoşulmadığı da bir faktdır. Məsələn, sübuta yetirilib ki, ilk başdan antikorrupsiya tədbirlərinə Dünya Bankı ilə rəsmi Bakının əldə etdiyi anlaşma əsasında start verilib. Yəni tədbirlər beynəlxalq qurumların tələbilə həyata keçirilir. Onu da bildirək ki, proses zamanı ən çox qurban verən strukturlardan biri kimi Dövlət Sosial Müdafiə Fondu diqqətə gəldi. Bu quruma aid onlarla məmur ya həbs edildi, ya da tutduqları vəzifələrindən azad edildilər. İndi isə tədbir görülmə növbəsinin DSMF rəhbərliyinə qədər çatdığı bildirilir. Bu barədə DİA.AZ-a məlumat verən hökumət içindəki məlumatlı mənbənin sözlərindən belə məlum olur ki, əslində antikorrupsiya tədbirlərinin daha çox DSMF sistemində cərəyan etməsi də ilk başdan planlaşdırılıb. Hər halda, hansısa dövlət qurumu zəif bənd kimi seçilməli idi. Və prosesə nəzarət edən qüvvələrin DSMF rəhbəri Səlim Müslümovla ədavətdə olmaları bu strukturlara daha çox təlaşlı anların yaşadılması ilə müşaiyət olundu. Hər halda, bu gün korrupsiyaya qarşı mübarizə idarəsi üçün ən münbit fəaliyyət ünvanları yetərincədir. Yəni boğaza qədər korrupsiyaya bulaşmış gömrük, səhiyyə, təhsil sistemlərinin varlığı şəraitində DSMF-nin bir nömrəli hədəf kimi müəyyən olunması heç də təsadüfi deyil və burada konkret sifariş var. Məlumatlı mənbə bildirir ki, həmin sifarişin müəllifləri indi də Səlim Müslümovun özünü hədəfə alıblar: В«Artıq vaxt yetişib. Bu vaxta qədər yalnız var-gəl edən rəqibləri Səlim Müslümova həlledici zərbəni vurmağa hazırdırlarВ». Məlumatlara görə, məhz korrupsiyaya uğraması səbəbindən DSMF-nin özündə yoxlamaların həyata keçirilməsi planlaşdırılır: В«Hazırda korrupsiyaya qarşı mübarizə idarəsinin əlində ciddi faktlar var və bu materiallar əsasında fondda yoxlamalar aparılacaq. Buna paralel olaraq isə Səlim Müslümov vəzifəsindən azad ediləcək. Hətta ola bilsin ki, fondun ümumiyyətlə ləğv edilərək əmək və əhalinin sosial müdafiəsi nazirliyinə birləşdirilməsinə qərar verilsin. Bu məsələyə sonradan aydınlıq gətirilə bilərВ». Mənbəmiz bütün bunların sentyabr ayına qədər cərəyan edəcəyini də xüsusi olaraq vurğuladı. Mövzu diqqətimizdədir. Bütün tərəfləri dinləməyə hazırıq. Bizi izləyin… Geri qayıt |