Əsas Səhifə > Güney Press / Manşet > В«AVROVİZİYAВ»YA GƏLƏN TURİSTLƏR BİZƏ GÜLDÜ
В«AVROVİZİYAВ»YA GƏLƏN TURİSTLƏR BİZƏ GÜLDÜ14-06-2012, 15:40 |
![]() ZİRZƏMİ HƏYATI YAŞAYAN BAYIL SAKİNİ KİMLƏRDƏN NARAZIDIR? DİA.AZ: - Redaksiyamıza şikayət məktubu ilə müraciət edən Bakı şəhər sakinlərindən biri bildirir ki, neçə illərdir ona qarşı törədilən haqsızlığın qarşısının alınması üçün müvafiq dövlət qurumlarına müraciət etsə də, onun səsini eşidən yoxdur. DİA.AZ-a ünvanladığı məktubunda şikayətçi yazır ki, o, Bayıl qəsəbəsində yaşayır: В«Qonşularımla mehriban münasibətdə idim. Lakin günlərin birində vəziyyət dəyişdi. İki qonşum eyni anda evinin qarşısında eyvan artırdı. Bildirim ki, onlar məndən yuxarı mərtəbədə yaşayırlar. Mənim evim isə birinci mərtəbədədir və həmin artırmaların hesabına birinci mərtəbədə olan evim zirzəmiyə çevrildiВ». İllərdir astma xəstəliyindən əziyyət çəkdiyini bildirən şikayətçinin sözlərinə görə, indi də iki körpə uşaqla zirzəmi həyatı yaşamaqdadır: В«Kim əşikayət etdimsə, xeyri olmadı. Çünki qonşularım pul gücünə hamını susdurmuşdular. Halbuki bu kimi artırmalar inşa edilən zaman bütün qonşuların razılığı alınmalıdır. Amma məni eşidən olmadı. Dəfələrlə Səbayel rayon icra hakimiyyətinə də müraciət etmişəm. Amma başçının da ağzını pulla tutduqlarından o da tədbir görmədiВ». Şikayətçi bildirir ki, son ümidi В«Avroviziya-2012В» mahnı yarışması idi: В«Ümid edirdim ki, bu yarışmaya görə, həmin eyvanları plana salarlar. Amma yanıldım. Yenə də MİS-dən gələn işçilər həmin eyvanlara toxunmadılar. Elə turistlər də əslində qədim bina olan yaşadığımız evin biabırçı görkəmini gördülər. Güldülər bizə. Amma bunları dövlətin, millətin imici yox, daha çox pul maraqlandırdığından həmin eyvanlarla bağlı tədbir görülmədiВ». Havasız şəraitdə yaşamaq zorunda qaldığını bildirən şikayətçi qonşularının iki-gündən bir onun aşağı mərtəbədəki evinə məqsədli şəkildə su axıtdığını da söyləyir: В«Daha polisə müraicət etməkdən də yorulmuşam. Qonşularla dava etməkdən əsəbim də qalmayıb. Xahiş edirəm əlaqədar təşkilatlar mənə yardım etsinlərВ». Onu da bildirək ki, şikayət olunan ünvan Bayıl qəsəbəsi Aqil Quliyev 21 ünvanında yerləşir. Mövzu diqqətimizdədir. Bizi izləyin… Geri qayıt |