Əsas Səhifə > Hadisə > ƏFV KOMİSSİYASI TƏCİLİ TOPLANDI

ƏFV KOMİSSİYASI TƏCİLİ TOPLANDI


14-06-2012, 14:42
ƏFV KOMİSSİYASI TƏCİLİ TOPLANDI

15 İYUNLA BAĞLI ƏFV QƏRARI VERİLƏ BİLƏR

Məlumata görə, Azərbaycan Prezidenti yanında Əfv Komissiyası bu dəqiqələrdə fövqəladə toplantı keçirilir

Komissiyanın bütün üzvləri “iştirak vacibdir” xəbərdarlığı ilə iclasa çağırılıb. Təcili bir siyahının müzakirə olunacağı deyilir.

Komissiya üzvlərinin hansı siyahını müzakirə edəcəyi bəlli olmasa da, ehtimal olunur ki, gündəmdə vicdan məhbuslarının işidir.

Xatırladaq ki, ötən gün AŞ PA-nın Azərbaycan üzrə məruzəçiləri Jozef Debono Qrex və Pedro Aqramunt da mətbuat konfransında hakimiyyət təmsilçilərinin onlarla 7 vicdan məhbusunun yaxın günlərdə azad ediləcəyini bildirdiklərini demişdilər. (azadliq.info)

Geri qayıt