Əsas Səhifə > Ölkə > SABİQ NAZİR MÜXALİFƏT LİDERLƏRİNƏ TƏŞƏKKÜR ETDİ

SABİQ NAZİR MÜXALİFƏT LİDERLƏRİNƏ TƏŞƏKKÜR ETDİ


14-06-2012, 14:36
SABİQ NAZİR MÜXALİFƏT LİDERLƏRİNƏ TƏŞƏKKÜR ETDİ

ƏLİ İNSANOVDAN TƏLİMAT GƏLİB

Xəbər verildiyi kimi, dünən ölkənin tanınmış şəxsiyyətləri hazırda həbsdə olan sabiq səhiyyə nazir Əli İnsanovla bağlı Avropa Məhkəməsinə müraciət ediblər. Həmin müraciətdə məhkəmədə sabiq nazirlə bağlı məsələyə tezliklə baxılmasını xahiş ediblər.

TİA.AZ-a verilən məlumata görə, bu gün Əli İnsanovun adından onun üçün müraciət edənlərə təşəkkür bildirilib. Qaynağın dediyinə görə, həmin təşəkkürü isə onun üçün müraciət edənlərə sabiq nazirin yaxın adamlarından biri çatdırıb.

Amma maraqlı məqamlardan biri də ondan ibarətdir ki, son günlər Əli İnsanovun adına bağlı yeni təşkilatın yaradılması ilə bağlı məsələyə ortaya çıxıb. TİA.AZ-a çatan bilgilərə görə, hal hazırda siyasət arenasında kifayət qədər tanınmış bir neçə nəfər bu məqsədlə toplantı belə keçiriblər. Lakin məsələdən xəbər tutan keçmiş səhiyyə naziri onlara xəbər göndərib ki, belə niyyətdən əl çəksinlər. Belə ki, İnsanovun onlara bunun üçün hələ tez olduğunu çatdırıb və onun tapşırıqlarını gözləməyi tövsiyyə edib.

Geri qayıt