Əsas Səhifə > Siyasət, Manşet > ŞOK: NEFT PULLARIMIZ GÖRÜN, NƏLƏRƏ XƏRCLƏNİR
ŞOK: NEFT PULLARIMIZ GÖRÜN, NƏLƏRƏ XƏRCLƏNİR14-06-2012, 13:38 |
RÖVNƏQ ABDULLAYEVDƏN TANINMIŞ MÜĞƏNNİLƏRƏ BAHALI HƏDİYYƏLƏR DİA.AZ: - Artıq məlum olduğu kimi bu ilin sentyabr-oktyabr aylarında Azərbaycanda keçiriləcək 17 yaşadək qızlar arasında futbol üzrə dünya çempionatının açılış mərasimində iştirak etmək üçün Bakıya Cenifer Lopez də daxil olmaqla dünyanın bir neçə tanınmış müğənnisi gələcək. DİA.AZ bildirir ki, Cenifer Lopezdən artıq ilkin razılıq alınıb. Şakir və Rihannanın da artıq bu tədbirdə iştirak edəcəyi məlumdur. Lakin qeyri-rəsmi məlumatlara görə, yarışın açılış və bağlanış mərasimində digər tanınmış müğənnilərdən Madonna da iştirak edəcək. Müğənnilərin Bakıya gəlişini isə Dövlət Neft Şirkəti maliyyələşdirəcək. Müğənnilərə xərclənəcək vəsait açıqlanmasa da, onların digər dəvətlərə hansı qiymətə razılıq verdiyi məlumdur. Məsələn, Madonna və Cenifer Lopesin əlinə mikrofon alıb oxuması üçün hərəsinə iki milyon dollar ödəmək lazımdır. Rihanna və Şakiranın qonorarı isə bir milyon dollardan aşağı ola bilməz. Bu qiymət onların bir neçə mahnı ifa etməsi üçün verilir. Bu müğənniləri qatıldıqları tədbirdə bir qədər çox saxlamaq üçün isə qonorarı iki dəfə artırmaq lazımdır. Bu hesabla Madonna, Cenifer Lopes, Şakira və Rihannanın Bakıda dünya çempionatının açılış və bağlanış mərasimlərində iştirakı Dövlət Neft Şirkətinə ən azı altı milyon dollara başa gələ bilər. Müğənni xanımların Bakı səfəri bir neçə saat çəksə, ARDNŞ azı on milyon dollarından keçməli olacaq. Bildirək ki, Rövnəq Abdullayevin yeganə xərci bundan ibarət deyil. Redaksiyamıza ARDNŞ-dəki qaynaqlardan ötürülən xəbərlərdən belə aydın olur ki, Rövnəq Abdullayev eyni zamanda hər bir müğənniyə Bakıdan razı getmələri üçün bahalı hədiyyələr də hazırlatdırıb. Mənbəmiz bildirir ki, buna qədərsə ARDNŞ şefi bütün qonaqların zövqlərinin araşdırılması tapşırığını verib: «Yəni öyrənilib ki, onlar daha çox nəyə maraq göstərirlər və məlum olub ki, məsələn Cenifer Lopesi Azərbaycanın qədim xalçaları maraqlandırır və ona təxminən 142 yaşı olan qədim bir xalçanın bağışlanması nəzərdə tutulub. Əslində Azərbaycan üçün tarixi əhəmiyyət daşıyan həmin xalça yerli iş adamlarımızdan birinin kolleksiyasında olub və ARDNŞ şefi həmin iş adamından xalçanı 700 min manata satın alıb. Əslində isə xalçanın real qiyməti daha bahadır». Mənbəmiz bildirir ki, ARDNŞ şefi eyni zamanda digər qonaqlar üçün də bahalı hədiyyələr hazırlayıb: «Bu isə o deməkdir ki, Rövnəq Abdullayevi qarşıdan gələn tədbir əməlli-başlı böyük xərcə salmış olacaq». Geri qayıt |