Əsas Səhifə > Hadisə > NEFTÇALADA BİR AİLƏ DRAMI
NEFTÇALADA BİR AİLƏ DRAMI14-06-2012, 12:43 |
HƏYAT YOLDAŞINI ÖLDÜRDÜ, QAYNANASINI YARALADI Neftçala rayonunda qətl hadisəsi baş verib. Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, iyunun 13-də Mirqurbanlı kəndində yaşayan Anar İmanov aralarında yaranmış mübahisə zəminində həyat yoldaşı Samirə İmanovanı kürək, qarın və döş nahiyələrindən bıçaqlayaraq qətlə yetirib, qayınanası Cəmilə Quliyevaya isə bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. A. İmanov saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120. 2. 7-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır. Geri qayıt |