Əsas Səhifə > Güney Press / Manşet > ARİF QARAŞOVA MƏTBUAT QADAĞASI QOYULUB
ARİF QARAŞOVA MƏTBUAT QADAĞASI QOYULUB13-06-2012, 16:47 |
![]() KEÇMİŞ XİDMƏT RƏİSİ BUNU ŞƏXSƏN ETİRAF ETDİ DİA.AZ: - Neçə müddətdir ki, barəsində mətbuatda müxtəlif ittihamların səslənməsinə, müxtəlif məlumatların yer almasına baxmayaraq, Dövlət Reyestri Xidmətinin sabiq rəisi Arif Qaraşov ancaq susmaqla yetinməkdədir. Bildirək ki, bu günlərdə yerli qəzetlərin birində hətta Qaraşova cinayət işinin açıldığı barədə də xəbərlər yayılmışdı. Amma sabiq xidmət rəisi yenə də susmaqla kifayətləndi. Bütün bunlara aydınlıq gətirmək məqsədilə biz də Arif Qaraşova müraciət etdik. DİA.AZ əməkdaşı ilə söhbətində DRX-nin sabiq rəhbəri mətbuatla təmasa hazır olmadığını bildirdi: В«Mən bu gün heç bir jurnalistlə danışa bilmərəm və bunun səbəblərini də deyə bilmərəm. Vaxtı gələndə, özüm jurnalistlərə danışacam. Amma indi belə məsələhətdir ki, heç nə danışmayımВ». Hər halda, bu sözlərin Arif Qaraşovun mətbuata danışmasına qadağa qoyulması anlamını daşıdığını güman etmək olar. Geri qayıt |