Əsas Səhifə > Güney Press / Manşet > ŞAİYƏ: QAÇQINLARIN BİNASI YANDIRILIB?

ŞAİYƏ: QAÇQINLARIN BİNASI YANDIRILIB?


13-06-2012, 15:59
ŞAİYƏ: QAÇQINLARIN BİNASI YANDIRILIB?

EVİ YANANLARDAN BİRİ BELƏ BİR İDDİANI SƏSLƏNDİRİB

DİA.AZ: - Bu gün Binəqədi ərazisində 740 məcburi köçkün ailəsinin məskunlaşdığı bina tamamilə yanaraq sıradan çıxıb. Gələn məlumatlarda da deyilir ki, əraziyə böyük qüvvə cəlb olunub və FHN-nin əməkdaşları böyük çətinliklə yanğını söndürə biliblər. Hadisə zamanı xəsarət alanların olduğu da söylənilir.

Amma bu arada DİA.AZ redaksiyasına baş vermiş olayla bağlı ilginc bir məlumat daxil olub.

В«Bina özbaşına yanmayıb, yandırılıbВ». Bunu isə redaksiyamıza həmin binadan köçürülən qaçqınlardan biri söyləyib. Onun bildirdiyinə görə, uzun müddət imiş ki, Qaçıq və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin əməkdaşları onlara yaşadıqları yeri tərk etmələri barədə müraciət edirdilər və onları şəhərciklərə köçürmək istəyirdilər: В«Amma biz razılaşmırdıq, axırı da belə oldu. Binanı yandırdılar, indi bizi hara istəsələr, ora da köçürəcəklərВ».

Həmsöhbətimiz onu da əlavə etdi ki, məmurlardan birinin həmin binada gözünün olduğunu da eşidiblərmiş: В«Dəfələrlə bizə müraciətlər göndərirdi. Belə olmaz axı. Biz cənab prezidentdən kömək istəyirikВ».

Onu da bildirək ki, məsələ ilə bağlı bütün tərəflərin mövqelərini işıqlandırmağa hazırıq.

Geri qayıt