Əsas Səhifə > Güney Press / Manşet > ZİYA MƏMMƏDOV İŞÇİNİN PULUNU NİYƏ ÖDƏMİR
ZİYA MƏMMƏDOV İŞÇİNİN PULUNU NİYƏ ÖDƏMİR13-06-2012, 15:09 |
![]() 4 BARMAĞINI İTİRƏN “AZBENTONİT”İN FƏHLƏSİNİN TÜKÜRPƏDİCİ DRAMI DİA.AZ: - Redaksiyamıza tükürpədici bir məktub daxil olub. Belə ki, Ağayev İftixar Tehran oğlunun DİA.AZ-a ünvanladığı məktubundan bir insanın yaşadığı faciə və ona olan az qala qüdşəmn münasibətdən danışılır. Məktubda deyilir: В«Mən Ağayev İftixar Tehran oğlu 2004-cü ildə В«AzbentonitВ» MMC şirkətinə fəhlə kimi işə qəbul olunmuşam. 2007-ci ildə isə başıma iş zamanı qəza gəldi. Belə ki, şirkətin sexində işləyərkən sağ əlimin dörd barmağını kisə tikən dəzgah apardıВ». Şikayətəçi bildirir ki, hadisə baş verən zaman onu Topçubaşov axına xəstəxayana şirkətin əməkdaşlar çatdırsalar da, sonradan bunların heç biri sənədləşməyib və hətta onun iş başında olarkən xəsarət alması da inkar olunmağa başlayıb: В«Şirkətin əməkdaşları məni Topçubaşov adına xəstəxananın əməliyyat şöbəsinə apardılar. Elə həmin gün də təcili olaraq əməliyyat edib, barmaqlarımın dördünü kəsib götürdülər. Bildirim ki, xəstəxanaya 16 iyul 2007-ci il tarixdə qəbul edildim və əməliyyatdan dərhal sonra da evə buraxıldımВ». Elə əsas hadisələr də bundan sonra başlayıb. Belə ki, əməliyyatı edən həkim Ramiz Zamanov В«AzbentonitВ» MMC şirkətinin işçilərinin təhriki ilə xəsarət alan İftixar Ağayevlə bağlı yalançı xəstəlik tarixçəsi düzəltdirirlər: В«Həkim elə sənədləşdirdi ki, guya mən iş başında yox, evdə xəsarət almışam. Yəni hadisə guya evdə baş verib və guya mən heç bir yerdə işləmirəm. Maraqlıdır ki, Ramiz Zamanov hətta bu zaman polis işçilərinə də xəbər yollamamışdı. Təbii ki, heç bir həkim maddi marağı olmadan belə bir risqli addım ata bilməzВ». Daha sonra evdə müalicə aldığını bildirən şikaətçinin sözlərinə görə, evdə bacısı onu müalicə edib: ««AzbentonitВ» şirkətinin əməkdaşlrı məni bir ay evdən çıxmağa qoymadılar. Maddi imkanım olmadığından zor gücünə müalicəmi davam etdirdim. Şirkətdən qorxurdular ki, mən şikayət edəcəmВ». Sonradan baş verənlərlə bağlı Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciət etdim və hörmətli deputatımız məni qəbul edərək, başıma gələnlərlə bağlı köməkliklərin edilməsinə göstəriş verdi: В«Amma В«AzbentonitВ» şirkətinin rəhbərliyi hətta Heydər Əliyev Fondunun müraciətlərini də cavabsız qoydularВ». Hazırda heç bir yerdə işləmədiyini və 4 barmağı kəsik formada kimsə tərəfindən işə qəbul edilmədiyini bildirən narazı vətəndaş В«AzbentonitВ» rəhbərliyi ilə bağlı ölçü götürülməsini, qanunlarla ona düşən təzminatın ödənilməsini tələb edir. Onu da bildirək ki, В«AzbentonitВ» MMC nəqliyyat naziri Ziya Məmmədova məxsusdur. Hər halda, gündə bir müğənninin başından pulları səpələyən möhtərəm məmurlarımızın imkanları yetir ki, iş başında xəsarət almış biçarə vətəndaşa qanunların uycun bildiyi kompensasiya ödənilsin. Mövzu diqqətimizdədir. Qarşı tərəfi də dinləməyə hazırıq… Geri qayıt |