Əsas Səhifə > Sosial, Manşet > KEÇMİŞ NAZİR SİRUS TƏBRİZLİ YENİDƏN AKTİVLƏŞİR

KEÇMİŞ NAZİR SİRUS TƏBRİZLİ YENİDƏN AKTİVLƏŞİR


13-06-2012, 12:41
KEÇMİŞ NAZİR SİRUS TƏBRİZLİ YENİDƏN AKTİVLƏŞİR

KEÇMİŞ MƏTBUAT VƏ İNFORMASİYA NAZİRİ TƏŞKİLAT YARATMAQ İSTƏYİR

DİA.AZ: - Bir zamanlar Mətbat və İnformasiya Naziri postunu tutan keçmiş hərəkatçı, mərhum prezident Heydər Əliyevin fəal müdafiəçilərindən olmuş Sirus Təbrizli yeni təşkilat yaratmaq fikrinə düşüb. Bu barədət DİA.AZ-ı bilgiləndirən Təbrizliyə yaxın şəxslərin sözlərinə görə, keçmiş nazir yenə də mətbuat işi ilə məşğul olmaq niyyətindədir və yaradacağı təşkilat da mətbuatla əlaqədar olacaq.

Xatırladaq ki, özünün açıq fikirləri ilə hər zaman fərqlənməyi bacaran Sirus Təbrizli bir neçə il əvvəl hakim düşərgədən dışlandı. Onun «vurulmasında» isə əsas aparıcı qüvvə rolunda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin çıxış etdiyi məlum oldu. Əslində bu məsələ heç ictimaiyyətdən gizli tutulmadı da.

Sirus Təbrizlinin fəal şəkildə müdafiə etdiyi şəxslərdən biri - keçmiş səhiyyə naziri Əli İnsanovun 2007-ci ildə qurulan məhkəmə istintaqı zamanı Sirus Təbrizli ona dəstək verərək hamını Ramiz Mehdiyevə qarşı yürüşə də səsləmişdi. Yəni vəzifəsindən alındığı, hakim düşərgədən çıxdaş edildiyi müddətdən sonra da Sirus Təbrizli PA rəhbərinə qarşı çıxışlarını davam etdirmiş, mövqeyindən geri çəkilmədiyini nümayiş etdirmişdir.

İndi isə belə bir fiqurun fəallaşma xəbəri yayılıb. Məlumatlı mənbənin sözlərinə görə, hələlik hazırlıqlar gedir və sentyabr ayında Sirus Təbrizli yeni təşkilatını elan edəcək: «Onun təşkilatında mətbuatın tanınmış simalarının da yer alacağı istisna deyil. Məlumdur ki, Sirus Təbrizlinin hələ nazir olduğu zamanlarda belə müxalif yazarlarla səmimi münasibəti olub. Və yeni təşkilatda müxalifətin tanınmış qələm sahibləri də təmsil olunacaqlar».


Geri qayıt