Əsas Səhifə > Ölkə > 35 POLİS İŞDƏN QOVULUB
35 POLİS İŞDƏN QOVULUB20-10-2011, 12:59 |
SƏBƏBSƏ KORRUPSİYA FAKTI OLUB Bu ilin 9 ayında daxili işlər orqanlarında korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə, 43 fakt üzrə 35 əməkdaş xidmətdən xaric olunub. Trend-in məlumatına görə, bunu daxili işlər naziri Ramil Usubov "Azərbaycan" qəzetində dərc olunmuş yazısında bildirib. Nazir bildirib ki, şəxsi heyət arasında neqativ halların qarşısının alınması sahəsində lazımi ölçülər götürülür. Usubovun sözlərinə görə, ötən 20 ildə orta və böyük rəis heyəti vəzifələrində xidmət edən ali təhsilli əməkdaşların xüsusi çəkisi 58,3 faizdən 90 faizədək, onların tərkibində hüquqşünasların xüsusi çəkisi 33,3 faizdən 76,4 faizədək yüksəlib. "Ştat vəzifələrinin rotasiya prinsipi əsasında komplektləşdirilməsi" Qaydalarına uyğun olaraq təkcə 2007-2011-ci illərdə 4939 nəfərin xidmət yeri dəyişdirilib, 583 nəfər rəhbər vəzifələrə, sıravi və kiçik rəis heyətindən olan 715 nəfər isə orta rəis heyəti vəzifələrinə irəli çəkilib. Geri qayıt |