Əsas Səhifə > Güney Press / Manşet > DAHA BİR ŞƏKİ LƏTİFƏSİ: ƏCAİB MÜRACİƏT ALMIŞIQ
DAHA BİR ŞƏKİ LƏTİFƏSİ: ƏCAİB MÜRACİƏT ALMIŞIQ12-06-2012, 17:41 |
![]() ŞƏKİ SAKİNİ NƏDƏN HƏMYERLİLƏRİNİ CƏZALANDIRMAQ İSTƏYİR CAHANGİR HAICYEVİN QOHUMU OLMAQ CİNAYƏTDİRMİ? DİA.AZ: Redaksiyamıza Şəkidən maraqlı bir məktub daxil olub. DİA.AZ redaksiyası ilə yanaşı prezident İlham Əliyevə, Milli Təhlükəsizlık Naziri Eldar Mahmudova və Ombudsman Elmira Süleymanovaya ünvanlanan məktubun büəllifi Şəki, M.F.Axundov pr.3B ünvanında yaşayan Hüseynbəyli Nəbi Məmməd oğludur. Bildirək ki, məktubunun mətnində həmyerliləri barədə şübhəli məlumatlar verən Şəki sakini onların cəzalandırılmasını israrla tələb edir. Hər halda, burada qərəzin olub-olmadığı bizə məlum deyil. Amma belə bir şikayət xarakterli müraciətə ilk dəfədir ki, rastlaşırıq. Hər halda, yalnız sovet dönəmlərində olardı ki, kimsə öz qonşusundan В«yuxarılaraВ» В«donosВ» ötürər, onun sovet hakimiyyətinin düşməni olduğunu bildirərdi. İndi də əlimizdə oxşar ruhlu və oxşar məzmunlu bir məktub var. Maraqlı olacağını zənn edib, onu bəzi ixtisarla diqqətinizə çatdırırıq. Düşünürük ki, bu da bir Şəki lətifəsidir… “Mən, 01.02.2012-ci il tarixli ərizəmlə Şəki rayon Prokurorluğuna müraciət edərək ABB İH-nin sədri Cahangir Hacıyevin yaxın qohumları olan, Şəki şəhər 18 saylı orta məktəbdə müəllimə işləyib, 2008-ci ildən ali təhsilli kimi maaş alan Abdurahmanova Turxanə Əhmədiyə qızı, onun oğulları Emil və Elvin Abdurahmanovların Azərbaycan Beynəlxalq Universitetini saxtakarlıqla bitirməsi və ya hal-hazırda qanunsuz yolla köçürülərək başqa ali təhsil müəssislərində oxuması barədə məlumat verib, tədbir görülməsini xahiş etmişdim. Lakin, Şəki rayon Prokurorluğu sözsüz ki, onların qaş-gözünə aşiq olmamış, amma şəxsi mənafelərini güdərək guya bu haqda sübut olmadığına görə cinayət işi başlanmasının rədd olunması barədə qərar qəbul etmişdir. Halbuki işi aparan müstəntiq Şəki ŞTŞ-dən, Təhsil nazirliyindən heç bu üç adamın şəxsi işini tələb etməmişdir. Əvəzində 02.04.2012-ci il tarixli məktubla Təhsil nazirliyinə sorğu göndərmişdir ki, nazirlik də nə Şəki rayon Prokurorluğunu saymış, nə məni saymış, nə Şəki rayon Prokurorluğuna, nə də mənə cavab vermişdir. Bütün bunların əvəzində bu üç şəxs, onlara havadarlıq edənlər hər yerdə söz yayırlar ki, biz bütün nazirlikləri, o cümlədən Prokurorluq orqanlarını, Təhsil nazirliyini satın almışıq, nazir M.Mərdanov Cahangir Hacıyevgilə çox yaxındır və s.. Təhsil nazirliyinin üç aya yaxındır ki, Şəki rayon Prokurorluğunun sorğusuna cavab verməməsi, Baş Prokurorluğun idarə rəisi Nazim Abbasovun (30.05.2012-ci il tarixli 04/9346 saylı), Azərbaycan Respublikası ƏƏSM nazirliyinin DƏMX-nin rəis əvəzi Məhərrəm Məhərovun (04.06.2012-ci il tarixli 07/4-2-708 saylı), eyni mənasız məzmunlu, dolandırıcı və təhqiredici növbəti cavab məktubları isə buna sübutdur. Mən, bu nəslin yeddi arxa dönənini tanıdığım üçün tam məsuliyyəti ilə deyirəm ki, 2000-ci illərin əvvəllərində heç Şəkiyə gələndə qalmağa yer tapmayıb, mənim anadan olub o vaxtlar yaşadığım əzəmətli evin yerləşdiyi küçədə, qonşumuzun evinin həyətindəki miskin bir altıaçıqda yayı keçirən bu adamların gözünü pul nə qədər tutub ki, hamını özlərindən aşağıda görürlər, hər cürə saxtakarlıqları bir tərəfə dursun, dövlət əleyhinə silahlı müqavimət göstərib, terror törətmək istəyən dəstələrə maddi və mənəvi dəstək olur, ən azından bilərəkdən Rəşad Aşurov kimilərinin cinayətlərini gizlədirlər. Möhtərəm Prezident İ.H.Əliyev cənabları! Hörmətli cənab E.Mahmudov! Əgər onlar, Cahangiz Hacıyevin Möhtərəm Prezidentimiz İ.H.Əliyev cənabları ilə dost olduğunu, Prokurorluq orqanlarını və bəzi nazirlikləri satın aldıqları üçün heç kimdən qorxmadıqlarını cəsarət edib danışırlarsa, onda onlar Dövlətə və DövlətР·iliyimizə qarşı daima təhlükəli və silahlı oyunlar da oynaya bilərlər. Onlar Dövləti belə ələ keР·irəcək qədər təhlükəlidirlər. Ümummilli Liderimiz H.Ə.Əliyev cənablarının qurub, ikinci dəfə nəfəs verdiyi, bu gün onun plan və töpvsiyyələri əsasında Möhtərəm Prezidentimiz, Sizin Dünyanın və Avropanın ən qüdrətli Dövlətinə çevirdiyiniz doğma Azərbaycanımızın bu terrorçu, soyğunçulara qurban getməsi, bəzi qurum və nazirliklərin onlara, özlərini dedikləri kimi desək, satılması yol verilməzdir! Nəzərə alıb, gərəkən tədbirləri görülməsi СЊР·СЊn mСЊvafiq gС†stəriС”lər verməyinizi Sizdən xahiС” edirəm”. Geri qayıt |