Əsas Səhifə > Güney Press / Manşet > ŞOK: ELDAR ƏZİZOV TƏCİLİ BAKIYA ÇAĞRILIB
ŞOK: ELDAR ƏZİZOV TƏCİLİ BAKIYA ÇAĞRILIB12-06-2012, 17:14 |
![]() SUMQAYITDA RƏHBƏR DƏYİŞİKLİYİNİN OLACAĞI XƏBƏRİ YAYILDI DİA.AZ: - В«Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov təcili surətdə Bakıya - Prezident Administrasiyasına dəvət olunubВ». Bu sözləri DİA.AZ-a PA-dakı qaynaqlar ötürüb. Məlumatlı mənbə iddia edir ki, Eldar Əzizov bu günlərdə baş vermiş bir olayla bağlı PA-ya çağrılıb: В«Hələlik hansı məsələnin başçının Bakıya çağrılmasına nədən olduğu bilinmir. Sadəcə olaraq Eldar Əzizov başılovlu şəkildə İH-nin binasına gəldi və kabinetində az müddətə qaldıqdan sonra Bakıya yola düşdüВ». Mənbəmiz bildirir ki, icra başçısının sürücüsü icra başçısı kabinetində olarkən maşına iki iri diplomatı da yerləşdirib: В«Kifayət qədər şübhəli olan həmin diplomatlarda pul olduğu da söylənilirВ». Onu da bildirək ki, son günlər Eldar Əzizovun çox yüksək ranqlı məmurlardan birinin qəzəbinə tuş gəlməsi barədə xəbərlər də var. Əldə etdiyimiz bilgilərə görə, icra başçısı ilə ədavətdə olan şəxsin səbəbindən Eldar Əzizov Bakıya çağrıla bilər: В«Hər halda, məsələlər bir azdan aydınlaşacaqВ». Geri qayıt |