Əsas Səhifə > Güney Press / Manşet > DAHA BİR MƏMURUMUZ AİLƏ HƏYATI QURUR
DAHA BİR MƏMURUMUZ AİLƏ HƏYATI QURUR12-06-2012, 16:06 |
![]() HAKİM DÜŞƏRGƏDƏN TOY-DÜYÜN SƏDASI ƏSKİK OLMUR DİA.AZ: - Məlum olduğu kimi, bir neçə gün əvvəl millət vəkili, Milli Məclisin İnsan haqları daimi komitəsinin sədri Rəbiyyət Aslanova ailə həyatı qurdu. Xanım deputat Rusiya Federasiyasında fəaliyyət göstərən tanınmış iş adamı İlham Rəhimovla münasibətlərini rəsmiləşdirib. Bu münasibətlə Bakıda İlham Rəhimova məxsus “Aristokrat” restoranında məclis də qurulub. Xatırladaq ki, İlham Rəhimov Rusiya prezidentinin tələbə yoldaşı və dostudur. Onların hər ikisinin yaşı 60-dan artıqdır. Deyəsən, Rəbiyyət xanımın bu addımı digər məmurlar üçün də təkan rolunu oynayıb. DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, hakim düşərgənin daha bir samballı fiquru da ailə həyatı qurmağa hazırlaşır. Bildirək ki, həmin şəxsin kimliyi redaksiyamıza bəlli olsa da, bu barədə hələlik özü ilə əlaqə saxlaya bilmədiyimizdən, məlumatın yayımına icazə almadığımızdan dolğun bilgiləri özümüzdə saxlayırıq. Ailə həyatı qurmağa hazırlaşan məmurumuzla telefon əlaqəsi yaratmağa çalışsaq da, onun əlimizdə olan hər iki mobil nömrəsinin bağlı olması səbəbindən istəyimiz baş tutmadı. Amma əlaqə yaratma cəhdlərimizi davam etdirəcəyik. Məlumatlı mənbə isə redaksiyamıza bildirib ki, məmurumuz özünün uzun müddətdir münasibətdə olduğu xanımlardan biri ilə ailə həyatı qurur: В«Həmin xanım həm də iş adamı kimi tanınır. Və yaxın günlərdə hələlik qeyri-rəsmi səviyyədə olan münasibətlər evliliyə çevriləcəkВ». Bizə isə yalnız В«xoşbəxt olsunlarВ» demək qalır… Geri qayıt |