Əsas Səhifə > Sosial, Manşet > QUBANIN YENİ İCRA BAŞÇISINDAN ŞOK ADDIM

QUBANIN YENİ İCRA BAŞÇISINDAN ŞOK ADDIM


12-06-2012, 14:13
QUBANIN YENİ İCRA BAŞÇISINDAN ŞOK ADDIM

MÜBARİZ AĞAYEV RAUF HƏBİBOVUN YANAN EVİNİN YERİNDƏ VİLLA QALDIRIR

DİA.AZ: - 1 Mart olaylarından sonra vəzifəsindən alınmış Rauf Həbibovun yerinə Qubaya Mingəçevirdən icra başçısı postuna göndərilən Mübariz Ağayevin əslində hansı həssaslıqda olan bir rayona göndərildiyini təsəvvür etmək o qədər də çətin deyil. Digər yandan da, məlum hadisələr nəticəsində xeyli sayda qubalının həbsə atılması və bunun da yerli sakinlərdə əlavə gərginlik yaratmasını da nəzərə almaq lazımdır.

Amma deyəsən, Qubaya qədər Göyçay rayonuna və Mingəçevir şəhərinə başçılıq etmiş Mübariz Ağayev özünü yeni postunda yetərincə arxayın hiss edir. Belə olmasaydı, o, hətta arın-arxayın şəkildə qubalıların hələ də qəzəblə xatırladığı Rauf Həbibovun 1 Mart olayları zamanı isə yanaraq külə dönmüş villasının yerində özünə yeni imarət qaldırmaq fikrinə düşməzdi.

Bu barədə DİA.AZ-ı bilgiləndirən rayondakı mənbələrin sözlərinə görə, artıq dünən günorta saatlarından etibarən Rauf Həbibovun yanmış vilasının ərazisində ustalar və fəhlələr görünməyə başlayıb. Rayon sakinləri həmin fəhlələrdən nələrin baş verdiyini öyrənmək istəyiblər: «Təbii ki, qubalılar həmin ünvanın Rauf Həbibova aid olduğunu bilirlər. Amma fəhlələr sakinlərə deyib ki, artıq villa yeni icra başçısı tərəfindən Rauf Həbibovdan satın alınıb».

Mənbəmizin sözlərinə görə, fəhlələr sakinlərə «burada Mübariz Ağayev üçün yeni villa tikəcəyik» şəklində məlumatı da veriblər. Hər halda, yeni icra başçısının qubalıların xatirəsində heç də xoş olmayan bir iz buraxmış bir olay şahidi olan villaya tamah salması heç də onun üçün uğurlu nəticəyə gətirib çıxarmayacaq.


Geri qayıt