Əsas Səhifə > Cəmiyyət > BAKO SAAKYAN AZƏRBAYCANDAN GİLEYLƏNİB

BAKO SAAKYAN AZƏRBAYCANDAN GİLEYLƏNİB


12-06-2012, 13:38
BAKO SAAKYAN AZƏRBAYCANDAN GİLEYLƏNİB

ATƏT SƏDRİ İLƏ GÖRÜŞÜNDƏ...

Cənubi Qafqaza səfər edən ATƏT sədri, İrlandiyanın xarici işlər və ticarət naziri Eymon Gilmor iyunun 12-də Yerevanda Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanla görüşüb. Görüşdə Dağlıq Qarabağ problemi müzakirə olunub.

“Media forum” saytı xəbər verir ki, Bako Saakyan ATƏT-in Budapeşt sammitində (1994-cü il) təsdiqlənmiş danışıqlar formatının bərpasının vacib olduğunu vurğulayıb: “Dağlıq Qarabağın birbaşa iştirakı olmadan münaqişənin tam həlli mümkün deyil. Azərbaycanın hərbi və antierməni siyasət aparması Dağlıq Qarabağ münaqişəsinin həllində ən başlıca maneələrdən biridir. Bakının siyasəti son zamanlar radikal forma alıb. Beynəlxalq ictimaiyyət buna müvafiq qiymət verməlidir”.

Geri qayıt