Əsas Səhifə > Siyasət, Manşet > KEÇMİŞ BAŞ NAZİR SURƏT HÜSEYNOV YENİDƏN FƏALLAŞIR

KEÇMİŞ BAŞ NAZİR SURƏT HÜSEYNOV YENİDƏN FƏALLAŞIR


12-06-2012, 12:08
KEÇMİŞ BAŞ NAZİR SURƏT HÜSEYNOV YENİDƏN FƏALLAŞIR

GƏNCƏDƏ LƏLƏNİN ADAMLARININ BÖYÜK TOPLANTISI KEÇİRİLƏCƏK

DİA.AZ: - 1993-cü ilin 4 iyun hadisələrinin başqəhrəmanı olan, sonradan baş nazir postuna qədər irəliləsə də, nəhayətdə nəsibi məhbəs həyatı olan keçmiş səhra komandiri, bir zamanların qəhrəmanı Surət Hüseynov yenidən siyasi ambisiyalarını ortaya qoymaq fikrinə düşüb. Bu barədə Gəncədəki mötəbər qaynaqlardan DİA.AZ-a ötürülən məlumatlardan aydın olur.

Mənbə bildirir ki, bu günlərdə Surət Hüseynovun adamlarının Gəncə şəhərində böyük toplantısı keçiriləcək. İndidən həmin toplantıya ciddi şəkildə hazırlığın getdiyini və həmin toplantıda Lələnin yenidən siyasətə dönüşünün rəsmən elan olunacığının gözlənildiyini bildirən mənbəmiz onu da vurğuladı ki, Bakıdan da xeyli sayda Surət Hüseynov tərəfdarının Gəncədəki şadlıq evlərinin birində baş tutacaq həmin törənə qatılacağı bildirilir.

Xatırladaq ki, Surət Hüseynovun fəallaşacığ ilə bağlı xəbərlər buna qədər də yayılmışdı. Əvvəlki məlumatda qeyd olunurdu ki, keçmiş baş nazirin yaxın adamları Bakıda toplaşıb və fəallaşma barədə qərar qəbul ediblər. Həmin toplantının üstündən isə bir neçə ay keçib. Bunları diqqətə çatdıran mənbəmizin sözlərinə görə, artıq bütün tədarük işləri başa çatıb və Surət Hüseynov özünü yenidən siyasətə atılması üçün hazırlıqlı hesab edir.

Amma onun siyasətə aid olmadığını hər kəs gözəl bilir və ona bir siyasətçi kimi əsl qiyməti zamanında mərhum prezident Heydər Əliyev verib. Lakin buna rəğmən, bu gün Surət Hüseynov özünü yenidən siyasətdə görürsə, deməli, yenə də ənənəvi metodları ilə davranma yolunu seçəcək ki, bundan da hansısa uğurun gözlənilməsi absurddur.

Mənbəmiz onu da bildirdi ki, Surət Hüseynov eyni zamanda özünə yaxın olan bir sıra şəxslərin də yeni yaradacağı təşkilata qatılması üçün hərəkətə keçib: «Bu gün bir sıra partiyalarda Surət Hüseynova yaxın olan şəxslər var. Həmin adamlar da keçmiş baş nazirin Gəncədən elan edəcəyi təşkilatın sıralarına qoşulacaqlar».


Geri qayıt