Əsas Səhifə > Güney Press / Manşet > ZİYA MƏMMƏDOVDAN NƏVƏSİNİN ŞƏRƏFİNƏ TÖRƏN
ZİYA MƏMMƏDOVDAN NƏVƏSİNİN ŞƏRƏFİNƏ TÖRƏN11-06-2012, 19:58 |
![]() NN ŞEFİ İLƏ HESBLAMA PALATASININ SƏDRİ BABA OLDULAR Ötən həftə Londondakı Baku restoranı VİP tədbirlə əlaqədar bir gecəliyə bağlı olub. Bakıdan və müxtəlif ölkələrdən gələn yüzlərlə qonaq nəqliyyat naziri Ziya Məmmədovun nəvəsinin dünyaya gəlişini qeyd ediblər. Azərbaycan diasporundakı mənbələr Turan-a bildiriblər ki, nəvəni babasının şərəfinə Ziya adlandırıblar. Təntənəli gecədə uşağın ata və anasının yaxın qohumları, işgüzar tərəfdaşlar iştirak ediblər. Xatırladaq ki, bir il əvvəl Z.Məmmədovun oğlu Hesablama Palatasının sədri Heydər Əsədovun qızı ilə ailə qurub. Geri qayıt |