Əsas Səhifə > Güney Press / Manşet > PARTİYA SƏDRİNDƏN UTANCVERİCİ HƏRƏKƏT
PARTİYA SƏDRİNDƏN UTANCVERİCİ HƏRƏKƏT11-06-2012, 17:53 |
![]() QÜDRƏT HƏSƏNQULİYEVDƏN ERMƏNİLƏRİN ÜRƏYİNCƏ AÇIQLAMALAR DİA.AZ: - Olduqca həssas bir dönəmdəyik. Bu gün cəbhə bölgəsində yaşanılanlar da diqtə edir ki, tutduğu mövqeyindən, daşıdığı vəzifəsindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı düşmən qarşısında yumruq kimi birləşsin. Şükürlər olsun ki, bir millət olaraq bunu bacardıq və bu sınaqdan da alnıaçıq çıxdıq. Son günlər Qarabağ cəbhəsindən gələn xəbərlər bizim üçün həm də bir sınaq idi. Yəni müharibə başlayacağı təqdirdə Azərbaycan cəmiyyəti hansı reaksiyanı verəcək. Doğrudur, geridə qalan təcrübələrimiz var. Amma 20 ilə yaxın müddətdir ki, atəşkəsin hökm sürməsi hərbi əməliyyatların intensivləşdiyi dönəmi bir qədər unutdurmuş kimi idi. Digər yandan da nəsil dəyişkənliyi burada xüsusi bir faktor kimi çıxış etməkdədir. Yəni müharibənin ilk illərində doğulan körpələr bu gün yeniyetmə gənc və əksəriyyəti hətta əsgərlərdir. Əsas olanı da onların reaksiyasıları idi ki, millət olaraq baş verənlər qürurverici oldu. Düşmənlərimizin gümanlarının əksinə olaraq hər kəs В«MÜHARİBƏ BAŞLASINВ» çağrışını etdi. Kimsə В«bu qədər itki olmazВ» deyib insanlarda ümidsizlik, müharibə dəhşəti aurasını yaratmağ çalışmadı. Doğrudur, hər zaman olduğu kimi, bu dəfə də istisnalar var idi. Və belə bir istisnaya bu gün də şahidlik etdik. Söhbət Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyevin xəbər portallarından birinə verdiyi açıqlamadan gedir. Hansı açıqlama ki, artıq erməni saytları deputatımızın söylədiklərini əllərində bayraq edib üzərimizə gəlməkdədirlər. Təəssüflər, Qüdrət bəy… Qüdrət Həsənquliyev bildirir ki, əsgərlərin hazırlığı və döyüş qabiliyyəti heç də yüksək səviyyədə deyil. Amma deputatımız bilmir ki, onun bu ifadələri əslində düşmənin işinə yarayır və heç də reallığa yuğun olmayan bu ifadələr artıq son günlərin uğursuzluqlarından əməlli-bahlı ruh düşkünlüyünə mübtəla olmuş Ermənistan cəmiyyəti üçün bir yaşam dopinqi oldu. Bəli, Qüdrət bəy, sizin açıqlamalarınız artıq ermənilər üçün bir təbliğat vasitəsinə çevrilib və az qala erməni hərbi vətənpərvərliyinə aid dərsliklərə belə salınacaq əhəmiyyətdə dəyərləndirilib. Onu da qeyd edək ki, açıqlaması boyunca Azərbaycan ordusunu qabiliyyətsizlikdə ittiham edən deputat fikrinin sonunda sanki ayılıbmış kimi özünü təkzib də edib: "Ordumuzun döyüş hazırlığı Ermənistan ordusundan təbii ki, yüksəkdir. Bunu ötən həftə baş verən qarşıdurma bir daha göstərdi". Amma gecdir, cənab deputat. Artıq düşmən laım olanını götürdü. Anar - DİA.AZ Geri qayıt |