Əsas Səhifə > Güney Press / Manşet > В«TEXNİKABANKВ»A ELÇİBƏYİN KADRI GƏTİRİLDİ
В«TEXNİKABANKВ»A ELÇİBƏYİN KADRI GƏTİRİLDİ11-06-2012, 16:31 |
![]() ETİBAR ƏLİYEVİN YERİNƏ В«BEYNƏLXALQ BANKВ»DAN TRANSFER DİA.AZ: - Azərbaycanın В«TexnikabankВ» ASC-nin səhmdarların bu gün keçirilən növbədənkənar ümumi yığıncağında Müşahidə Şurasının yeni tərkibi təsdiq edilib. Xatırladaq ki, neçə müddət idi bankın müşahidə şurasının keçmiş sədri Etibar Əliyev həbs olunsa da, onun yerinə kimsə müəyyən edilməmişdi. Və qabaqcadan verdiyimiz məlumatda da vurğulamışdıq ki, 11 iyun tarixində bankda yeni təyinatlar olacaq. Bankın baş ofisindən verilən məlumata görə, səhmdarların qərarı ilə İsmayılov Rövşən İsmayıl oğlu bankın Müşahidə Şurasının sədri, Mürşüdlü Fuad Ələkbər oğlu və Ağayev Rauf Məmməd oğlu Müşahidə Şurasının üzvü təyin ediliblər. Xatırladaq ki, В«TexnikabankВ» ASC 1993-cü ildə təsis olunub. Bankın 35 filialı və 637 işçisi var. DİA.AZ bildirir ki, Etibar Əliyevi əvəzləyən İsmayılov Rövşən İsmaılovun kimliyinə gəlincə isə yetərincə gənc kadr olan yeni MŞ sədri 1992-96-cı illərdə İstanbul Universitetinin bank işi fakultəsində təhsil alıb. Bildirək ki, Rövşən İsmayılov da mərhum prezidentimiz Əbülfəz Elçibəyin böyük ümidlərlə Türkiyəyə yolladığı və bir kadr kimi geri dönəcəyinə inandığı o zamankı şagirdlərdən biri olub. Türkiyədən döndükdən sonra isə yeni şəraitə, yeni siyasi mühitə baş vurmayan Rövşən İsmayılov ixtisasına uyğun şəkildə işləyib və 2007-ci ildə iqtisadi təhsilini davam etdirərək Dövlət İqtisad universitetinin maliyyə fakultəsində magistr dərəcəsi alıb. В«TexnikaBankВ»ın rəhbərliyinə təyinata qədərsə Rövşən İsmayılov В«BeynəlxalqBankВ»ın idarə heyətinin sər müavini və baş maliyyə direktoru postlarını tutub. Geri qayıt |