Əsas Səhifə > Güney Press / Manşet > ABUTALIBOV İŞÇİSİNƏ ŞAHMATDA MAŞIN UDUZDU

ABUTALIBOV İŞÇİSİNƏ ŞAHMATDA MAŞIN UDUZDU


11-06-2012, 15:57
ABUTALIBOV İŞÇİSİNƏ ŞAHMATDA MAŞIN UDUZDU

BAKI MERİ MÜAVİNİNƏ VƏD ETDİYİ 60 MİN AVROLUQ MAŞINI ALIB

DİA.AZ: - Doğrudan da, hər adamın bir şakəri var. Deyilənlərə görə, Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun da əsas şakərlərindən biri şahmat oynamaqdır. Dəlicəsinə şahmat azarkeşi olduğu bildirilən Hacıbala Abutalıbovun əsas olaraq özünə yaxın şəxslərlə şahmat oynadığı bildirilir.

DİA.AZ-a BŞİH-dəki mənbələrdən verilən məlumatlardan aydın olur ki, Hacıbala Abutalıbov şahmatı oynayanda da В«interesВ»ə oynayır: В«Bu günlərdə də В«interesВ»ə oynayıb və özü də uduzubВ».

Mənbəmiz bildirir ki, Bakı meri özünün müavinlərindən biri ilə bir neçə gün əvvəl В«BMWВ» markalı maşından şahmat oynayıb: В«3 partiyalıq oyun müavinin xeyrinə başa çatıb. Müavininə 2:1 uduzan Hacıbala Abutalıbov hirslənsə də, sözünün üstündə duraraq vədinə əməl edib. 60 min avroya müavininə maşın alıbВ».

Biz də öz növbəmizdə hörmətli Hacıbala müəllimə yalnız oyun şansı arzulayırıq. Nə etmək olar… Qismətdir!

Geri qayıt