Əsas Səhifə > Ölkə, Manşet > HAKİMİYYƏT ALMANİYAYA NEFT TƏZYİQİ EDİR
HAKİMİYYƏT ALMANİYAYA NEFT TƏZYİQİ EDİR11-06-2012, 14:02 |
İKİ ÖLKƏ ARASINDAKI SOYUQLUQ NEFT SİYASƏTİNƏ TƏSİR ETDİ DİA.AZ: - Ənənəyə görə, ARDNŞ Caspian Oil & Gas konfransı gedişində neft-qaz sazişləri imzalayır. Bu dəfə hər kəs Almaniyanın RWE şirkəti ilə “Naxçıvan” strukturu üzrə PSA saziş imzalanacağını gözləyirdi. Amma bu, baş vermədi. ARDNŞ ilə RWE arasında bu layihə üzrə memorandum 10 mart 2010-cu ildə imzalanıb və tərəflər ehtimal edirdi ki, 12 aya gələcək saziş üzrə hüquqi və kommersiya məsələləri həllini tapacaq. Amma memorandumda göstərilən vaxt 15 aydır keçib və «Turan» İnformasiya agentliyi müxbirinin hər iki tərəflə söhbəti göstərib ki, "sazişin nə vaxt imzalanacağı məlum deyil". Burada son vaxtlar iki ölkə arasındakı münasibətlərlə bağlı siyasi amil axtarmaq lazım deyil. "Gələcək layihənin operatoru RWE layihənin kəşfiyyat hissəsinə ehtiyatla yanaşır. Layihənin şərtlərinə əsasən, bütün xərcləri xarici iştirakçılar ödəməlidir. Ona görə Almaniya şirkəti risk etmək istəmir və kommersiya riskini bölmək üçün tərəfdaş arayır",- deyə ARDNŞ-dəki mənbə Turan-a bildirib. Onun sözlərinə görə, Almaniya şirkəti tərəfdaş tapandan və ARDNŞ onun layihəyə daxil olmasını təsdiq edəndən sonra saziş imzalanmaq üçün açıq olacaq. Xatlırladaq ki, “Naxçıvan” strukturu üzrə PSA saziş ARDNŞ ilə Amerika ExxonMobil-i arasında 1 avqust 1997-ci ildə imzalanıb. 22 avqust 2001-ci ildə kontrakt meydançasında (Bakıdan 100 km cənubda, sahildən 45 km aralı, dənizin dərinliyi 142 metr) 6746 metrlik kəşfiyyat quyusu qazılmağa başlayıb, 2002-ci ilin yayında qazıntı başa çatıb. Quyu boş çıxıb, Exxon ikinci quyunu qazmaqdan imtina edib və saziş ləğv olunub. ARDNŞ-yə görə, strukturda 300 mlrd m3 qaz və 38 mln ton kondensat var. Xatırladaq ki, “Naxçıvan” strukturu Bakıdan 90 km cənubda Kürün deltası istiqamətindədir. Suyun dərinliyi 120- 750 metrdir. Onu da qeyd edək ki, 2009-cu ildə RWE Xəzərin türkmən sektorunda 23 blokunda kəşfiyyat quyusu qazmağa lisenziya alıb. Amma hələlik kəşfiyyat işlərinə başlanmayıb. Geri qayıt |