Əsas Səhifə > Siyasət, Manşet > ETİBAR PİRVERDİYEV YENİDƏN HƏDƏFƏ ÇEVRİLİR

ETİBAR PİRVERDİYEV YENİDƏN HƏDƏFƏ ÇEVRİLİR


11-06-2012, 12:45
ETİBAR PİRVERDİYEV YENİDƏN HƏDƏFƏ ÇEVRİLİR

«AZENERJİ» PREZİDENTİNƏ QARŞI YENİ KAMPANİYA START GÖTÜRÜR

DİA.AZ: - Bir neçə il əvvəl Bakıda yaranmış elektrik enerjisi böhranı ilə əlaqədar prezident İlham Əliyevin də qəzəbinə tuş gəldiyi söylənilən «Azenerji» prezidenti Etibar Pirverdiyev həmin dönəmdə özünün ən gərgin anlarını yaşadı, desək, yanılmarıq. Az qala bütün qəzetlərdə və xəbər portallarında ASC prezidenti bir «xalq düşməni» kimi təqdim olundu. Ki, sonradan da bütün bunların mərkəzləşdirilmiş antitəbliğat kmpaniyası olduğu üzə çıxdı.

Belə ki, Etibar Pirverdiyevin birbaşa olaraq Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin diqtəsi ilə hədəfə alınması barədə mətbuata məlumatlar ötürüldü. Bundan sonra «Azenerji» şefinin başı dərddən müəyyən qədər qurtulmuş oldu. Çünki əsas hədəfə alan ünvan bəlli olduğundan, ifşa olunduğundan mətbu kampaniya birdən-birə durduruldu.

Amma rəqabət hələ də ortadan qalxmayıb və gələn məlumatlar da təsdiqləyir ki, Etibar Pirverdiyevi yola salmaq təşəbbüslərindən vaz keçməyən Ramiz Mehdiyev ona qarşı yeni cəbhə yaratmaq fikrindədir. Xatırladaq ki, hamının həmin dönəmdə Etibar Pirverdiyevin vurulacağını gözlədiyi bir ərəfədə (həmin zaman Etibar Pirverdiyevə qarşı istifadə olunan alibilərdən biri də Dövlət Bayraq Meydanının inşasında yol verilən korrupsiya ittihamı idi -red.) prezident İlham Əliyev «Azenerji» prezidentinə açıq dəstəkdə bulundu və korrupsiyaya yol verildiyi iddia olunan Dövlət Bayraq Meydanının inşasına əlavə olaraq 10 milyon manat vəsait ayırdı. Bu isə bütün tərəflər üçün ciddi siqnal rolunu oynadı. Yəni prezident mətbu kampaniyanın səmərə vermədiyini özünün bir addımı ilə ortaya qoydu.

DİA.AZ-a daxil olan son məlumatlardan isə aydın olur ki, PA-dan Etibar Pirverdiyevə qarşı yeni mətbu kampaniyanın aparılması üçün təlimat verilib: «Artıq bir neçə qəzet redaksiyasına belə bir sifarş daxil olub və yaxın günlərdə bunun təzahürlərini hər kəs görəcək. Təbii ki, bu dəfə əks-cinah Etibar Pirverdiyevi birdəfəlik olaraq sıradan çıxarmaq niyyətindədir. Çünki mətbuata ötürüləcək faktlar arasında elə Dövlət Bayraq Meydanına ayrılan birinci vəsaitin pullarının əslində tamam fərqli işlərə xərclənməsini sübut edən dəqiq məlumatlar da yer alıb».

Geri qayıt