Əsas Səhifə > Hadisə > BAKIDA VƏZİFƏLİ ŞƏXS İNTİHAR EDİB
BAKIDA VƏZİFƏLİ ŞƏXS İNTİHAR EDİB11-06-2012, 12:18 |
ƏDLİYYƏ KAPİTANI ÖZÜNÜ EYVANDAN ATDI Bakıda vəzifəli şəxs intihar edib. Bu barədə APA-ya Xətai Rayon Polis İdarəsindən bildirilib. Hadisə bu gün səhər saat 05.00 radələrində Xətai rayonu, Xocalı prospekti, ev 2, mənzil 26 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 32 yaşlı Əliyev Samir Nazim oğlu yaşadığı binanın 8-ci mərtəbəsindən özünü atıb. O, aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Xətai rayon Prokurorluğundan isə APA-ya bildirilib ki, hadisənin intihar olub-olmadığı hələlik məlum deyil. S. Əliyevin bədbəxt hadisə nəticəsində binadan yıxılması da istisna edilmir. Hadisənin dəqiq baş vermə səbəbləri aparılan araşdırmaların sonunda məlum olacaq. Qeyd edək ki, S. Əliyev Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş şöbəsində çalışıb, ədliyyə kapitanıdır. Geri qayıt |