Əsas Səhifə > Siyasət, Manşet > DAHA BİR KORRUPSİYA HƏBSİ GÖZLƏNİLİR

DAHA BİR KORRUPSİYA HƏBSİ GÖZLƏNİLİR


11-06-2012, 11:28
DAHA BİR KORRUPSİYA HƏBSİ GÖZLƏNİLİR

SAKİNLƏRİ NARAZI SALAN QAZAX İCRA NÜMAYƏNDƏSİ BAŞ PROKURORLUQDA

DİA.AZ: - Redaksiyamıza daxil olan məlumatlarda deyilir ki, Qazax rayon icra nümayəndəsi Rövşən Nəbiyev haqqında Baş prokurorluqda cinayət işi açılıb. Rayonda çoxsaylı korrupsiya hallarına yol vermiş R.Nəbiyev axır ki, ilişdi. Rayondakı məlumatlı mənbənin DİA.AZ-a bildirdiyinə görə, Qazax sakinlərindən birinin obyektinə qaz çəkilməsiylə bağlı obyektin layihə sənədini icra nümayəndəliyi tərəfindən 1 aydan çox bir müddət keçməsinə baxmayaraq imzalamaması və bu yolla da rüşvət tələb etməsi ittihamı ilə hədəfə gəlib.

Mənbənin söylədikləri: “Sahibkarı süründürməçiliyə salmaqla ondan dolayı yolla pul tələb etdiyindən cana doymuş vətəndaş axırda məcbur olub Baş Prokurorluqda Korrupsiya ilə Mubarizə idarəsinin “161” qaynar xəttinə müraciət edib. Bu müraciətdən sonra Qazax rayon prkurorluğunda faktla bağlı tərəflərin dindirilməsi həyata keçirilib. İzahatlar alındıqdan sonra bildirilib ki bu işlə bağlı hüquqi qiymət Baş Prokurorluq tərəfindən veriləcək”.

Mənbə bildirir ki, müxtəlif mənbələrdən şikayətçi tərəfə hədə-qorxuların edilməsinə baxmayaraq narazı qalmış sahibkar öz mövqeyindən dönmək fikrində deyil və bu məsələyə hüquqi qiymətin verilməsini tələb edir.

Onu da xatırladaq ki, işi prokurorluq tərəfindən araşdırılan Rövşən Nəbiyevin əlindən cana doymuş bir qrup iş adamı və narazı vətəndaşlar 22 may saat 10.00-da İcra Numayəndəliyinin binası qarşısında etiraz aksiyasi kecirməyi planlaşdırmışdı. Lakin ölkəmizdə “Avroviziya” mahnı müsabiqəsinin keçirilməsinə görə, etiraz aksiyası 22 iyun saat 10.00-a ertələnib. Bu barədə redaksiyamızı məlumatlandıran aksiya təşkilatçıları bütün narazı camaatı qeyd olunan tarixdə icra nümayəndəliyinin qarşısında toplaşmağa çağırır.


Geri qayıt