Əsas Səhifə > Güney Press / Manşet > DİN SİSTEMİNDƏ KADR İSLAHATLARI

DİN SİSTEMİNDƏ KADR İSLAHATLARI


9-06-2012, 15:58
DİN SİSTEMİNDƏ KADR İSLAHATLARI

GƏLƏN HƏFTƏ BİR NEÇƏ YÜKSƏK ÇİNLİ MƏMUR YOLA SALINACAQ

DİA.AZ: - Elə bu dəqiqələrdə redaksiyamıza daxil olan məlumatlardan aydın olur ki, hakimiyyət növbəti kadr islahatları tədarükündədir. Hüquq-mühafizə orqanlarındakı qaynağın bildirdiyinə görə, bu dəfə islahat hədəfi kimi daxili işlər nazirliyi və onun bir sıra strukturları seçilib.

Mənbənin DİA.AZ-a söylədiyinə görə, xüsusi olaraq DİN-də yüksək vəzifə tutan iki məmurun vəzifələrindən azad edilməsi gözlənilir: В«Onlardan biri ilə bağlı yaş senzi tətbiq olunacaqВ». Xatırladaq ki, bir neçə ay əvvəl DİN Şəxsi Heyətinin komandiri Mehman Mehmanov yaş senzi ilə əlaqədar vəzifəsindən alınmışdı.

Mənbəmiz bildirir ki, paralel olaraq Dövlət Yol Polisində də kadr islahatları həyata keçiriləcək. Xatırladaq ki, buna qədər yayılan məlumatlarda da DYP rəhbəri Ramiz Zeynalovun vəzifəsindən alınma qərarının olduğu söylənilirdi. Lakin bu baş vermədi. Son məlumatlarda da bildirilir ki, bu dəfə də Ramiz Zeynalov postunda saxlanılır, amma DYP-də iki şöbə müdiri başqa işə keçiriləcək. Ola bilsin ki, onlardan biri DİN-ə gətirilsin.


Geri qayıt