Əsas Səhifə > Hadisə > YUNAN QATIĞI…

YUNAN QATIĞI…


9-06-2012, 14:18
YUNAN QATIĞI…

“YƏHUDİLƏR İSRAİLƏ DÖNDÜ, BİZ NİYƏ İSTANBULU GÖTÜRMƏYƏK”

Yunanıstanda keçirilən seçkilərdə 7 faizlik səs qazanan (neo-Nazı Hrisi Avgi) Qızıl Şəfəq Partiyasının lideri Nikos Mihaloliakos maraqlı, həm də milliyyətçi çıxışı ilə gündəmə gəlib. SİA-nın verdiyi məlumata görə, İstanbulun fəthini xatırlama mərasimində partiya lideri "Ürəyimiz kraliça şəhərdədir (İstanbul)", - deyə bildirib.

“Proto Thema” qəzetinin verdiyi məlumata görə, müxbirin "15 milyon türkün və yalnız 3 min yunanın yaşadığı İstanbulu tələb etmək bu gün həqiqət ola bilərmi?", sualına Mihaloliakos "Yəhudilər əsrlər sonra, 1948-ci ildə Fələstində - atalarının torpağı adlandırdıqları yerdə dövlət yaratmağı bacardılar. Silahlanıb türklərlə döyüşməmiz lazımdır, demirəm, lakin əsrlərcə Helenizmin Kiçik Asiya, Pontus və Şərq Trakyada var olduğunu unutmamalıyıq", deyib.
Mihaloliakos özünə Adolf Hitler kimi “fürrer” deyə xitab edilməsinə əsəbləşmədiyini də söyləyib.

Geri qayıt