Əsas Səhifə > Güney Press / Manşet > RƏSUL QULİYEVDƏN ŞOK ADDIMLAR
RƏSUL QULİYEVDƏN ŞOK ADDIMLAR9-06-2012, 14:08 |
![]() PARTİYANIN MALİYYƏSİ BAKIDAKI MƏMURLARDAN BİRİNƏ HƏVALƏ EDİLİB DİA.AZ: - Yerli mətbuatda yaylılan məlumatlardan da aydın olur ki, partiyasına yeni sədr gətirən keçmiş parlament sədri Rəsul Quliyev əməlli-başlı fəaliyyətə keçib. Söhbət təbii ki, bir zamanlar Avropanın beşinci ən zəngin adamı sayılan, hazırda isə ABŞ-da bir milyon dollara aldığı В«qrin kartВ»la yaşayan Açıq Cəmiyyət Partiyası liderinin xərcləməyə hazırlaşdığı pullardan gedir. Bildirək ki, yayılan məlumatlarda artıq Rəsul Quliyevin səxavət kisəsinin ağzını açdığı söylənilir. Məsələn, məlumatlara görə, Quliyevin partiyası Bakıda 3 mərtəbəli villadan qərargah kimi istifadə edəcək. Bununla yanaşı, keçmiş spikerin partiyasının sədr sükanını ələ alan sabiq milli təhlükəsizlik nazirinin müavini Sülhəddin Əkbərin özünə 60 min manatlıq В«CipВ» markalı maşın aldığı da söylənilir. Amma buna qədərsə Rəsul Quliyev xeyli dərəcədə xəsis kimi görünürdü. Məsələn, əslində onun sifarişi ilə yaranan Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının ciddi maliyyə böhranı keçirdiyi məlum olmuşdu və hətta Rəsul Quliyev yanına çağırdığı ittifaqa daxil olan partiya sədrlərinin yol xərcini belə ödəmək istəmirdi. Bu məsələnin isə həmin blokda təmsil olunan В«AzadlıqВ» Partiyasının sədri əhməd Orucda qəzəb yaratdığı da söylənilirdi. Rəsul Quliyev eyni zamanda əlinin altında saxladığı jurnalistlərin də maaşlarının verilməsində özünü simic kimi göstərirdi. Həm maliyyələşdirdiyi qəzetlərin və həm də xəbər portallarının pullarını kəsməsi ilə diqqətə gələn keçmiş parlament sədrinin günü bu gün də В«bia.azВ» xəbər portalının keçmiş işçilərinə əməkhaqqı borcunun qaldığı söylənilir. Nə baş verir? Nədən Rəsul Quliyev birdən-birə pul göstərməyə başlayıb? Bununla əlaqədar DİA.AZ-a məlumat verən hökumət içindəki məlumatlı mənbə bildirib ki, Rəsul Quliyev yenə də köhnə əlaqələrindən istifadə etməyə başlayıb. Söhbət hakimiyyət içindəki Quliyev yandaşlarından gedir. Bildirək ki, bu məsələ mətbuatda dəfələrlə qabardılsa da, hakimiyyətin ayrı-ayrı təmsilçiləri В«bizim aramızda Rəsul Quliyevlə əlaqədə olan yoxdurВ» kimi inadkar açıqlamalarını bir-birinin ardınca düzməklə məşğuldurlar. Sonuncu dəfə bu barədə danışanlardan biri - parlament sədrinin müavini Bahar Muradova da özünün israrlı inkarı ilə diqqətə gəlmişdi. Amma fakt faktlığında qalır və bu gün Rəsul Quliyevlə bağlı olan məmurların iqtidar içində qərar tutması davamlı olaraq sübutlanmaqdadır. Əslində belə bir müzakirələr əvvəllər də mövcud idi və əvvəllər də hakimiyyət təmsilçiləri Rəsul Quliyevə bağlı olan hansısa məmurun olmadığını israr edirdilər. Lakin sonradan keçmiş səhiyyə naziri Əli İnsanov, keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev kimi qocaman fiqurlar Rəsul Quliyevlə əlaqədə və onunla birgə В«dövlət çevrilişinə cəhdВ»də ittiham olundular. Və 2007-ci ildə həmin keçmiş nazirlər yalnız korrupsiyadan mühakimə olundular ki, əsas ittiham üzərə işin baxılması məhz Rəsul Quliyevin yaxalanması dönəminə qədər ertələnmiş oldu. Redaksiyamıza daxil olan son məlumatda isə bildirilir ki, Rəsul Quliyev Sülhəddin Əkbərin gəlişindən sonra yeni ruh qatdığı partiyasının quruculuq işləri üçün 500 min manatlıq büdcə formalaşdırıb. Və maraqlıdır ki, bu büdcənin də böyük hissəsini Bakıdakı məmurların hesabına formalaşdırmağı məqsəd edən Rəsul Quliyev artıq bir sıra iqtidar adamlarına gərəkən ismarıclarını yollayıb: В«Artıq müsbət cavab verilib və bu gün partiya demək olar ki, Bakıdakı məmurların hesabına maliyyələşirВ». Geri qayıt |