Əsas Səhifə > Cəmiyyət > “MƏNİM AĞDAMDA DÖYÜLDÜYÜMÜ KİM DEYİR..?”

“MƏNİM AĞDAMDA DÖYÜLDÜYÜMÜ KİM DEYİR..?”


9-06-2012, 12:30
“MƏNİM AĞDAMDA DÖYÜLDÜYÜMÜ KİM DEYİR..?”

KEÇMİŞ MÜDAFİƏ NAZİRİ AYDINLIQ GƏTİRDİ

Keçmiş döyüşçülərin yaddaşında Qarabağ müharibəsi ilə bağlı müxtəlif xatirələr var. Onlardan biri keçmiş müdafiə naziri Rəhim Qazıyevin Ağdama səfəri ilə bağlıdır. Qarabağ veteranlarından biri iddia edir ki, Ağdamda olarkən Rəhim Qazıyevi döyüblər.

“Məni Ağdam da heç kim döyməyib. Doğrudur, fəal cəbhəçi Eldar Bağırovun yanına gedəndə bir mübahisə olmuşdu. Ama heç kim mənə şillə, yumruq atmayıb”, – deyə hazırda Rusiyada olan R.Qazıyev Modern.az-a açıqlamasında bildirib.

R.Qazıyevin sözlərinə görə, haqqında deyilənlər tam uydurmadır: “Məni Ağdamda duz-çörəklə qarşılayıblar. Orada çox hörmət etdiyim dostlarım olub. Elə ağdamlı oğlanlar var ki, onlara canımı da qurban verə bilərəm. Hər şeydən öncə mən bütün varlığımla muğamatı sevən adamam. Arif Babayev, Şahmalı Kürdoğlu, Xan əmi... Mən onlara qarşı necə çıxa bilərəm?”.

Geri qayıt