Əsas Səhifə > Siyasət, Manşet > İRANIN ABSURD NİZAMİ GƏNCƏVİ İDDİASI

İRANIN ABSURD NİZAMİ GƏNCƏVİ İDDİASI


9-06-2012, 11:12
İRANIN ABSURD NİZAMİ GƏNCƏVİ İDDİASI
(bu onların saxtalaşdırdıqları "Nizami Gəncəvi"ləridir)


FARS-MOLLA REJİMİ ERMƏNİLƏRİN YOLUNU GEDİR: NƏYİN ƏRƏFƏSİNDƏYİK?!

DİA.AZ: - Ermənilər də beə başlamışdılar. Tarixi Azərbaycan torpaqlarında özlərinə dövlət qurduqdan sonra SSRİ tərkibində həmin oğurluq dövlətlərini əslində rəsmiləşdirməyə müvəffəq oldular. Bundan sonra isə oğurluqlarını davam etdirməyə başladılar.

Bir-birinin ardından torpaqlarında dövlət qurduqları Azərbaycan türklərinin mədəni dəyərlərinə əl uzatmağa başladılar. Gah tara, kamançaya iddia etdilər, gah milli mətbəximizə. Dünyaca məhşur tarixi şəxsiyyətlərimizin isə erməniləşdirilməsi ən böyük vərdişlərinə çevrildi. Hətta dahi Azərbaycan şairi Nizami Gəncəvinin də erməni kökənli olduğunu idda etdilər, onun əsl adının Nerses olması barədə sərsəm fikirlər səsləndirməyə başladılar. Beləcə, bütün bunlara gülərək biganə qalan biz Azərbaycan türkləri nəhayətdə itirə-itirə gəldik.

İndi isə oxşar taktikanı fars-molla rejimi seçib. Neçə müddətdir Azərbaycanın məşhur Təbriz xalçaları fars mədəniyyətinin nümunəsi kimi dünyaya təqdim olunur. Eyni zamanda Güney Azərbaycana aid bütün dəyərlər fars adı altında təbliğ olunmaqdadır. İndi isə dahi Nizami Gəncəvinin davasına çıxıblar. Bu nəyin ərəfəsidir? Hər halda, bu dəfə ayıqlığı əldən verməli deyilik. Hər şey mədəniyyətin işğalından başlayır və bu gün Azərbaycanın böyük bir hissəsini işğalı altında saxlayan fars-molla rejimi, yerdə qalan müstəqil Azərbaycana da iddialıdır.

Elə DİA.AZ olaraq diqqətinizə çatdıracağımız aşağıdakı xəbər də dediklərimizin sübutudur:

«İran mədəniyyət və islam irşad nazirinin müavini İranın mədəniyyət fəxrlərinin müsadirə olunmasına qarşı reaksiya verib:

Azərbaycan Respublikasının bu hərəkəti mədəniyyət oğurluğundan başqa bir şey deyil.

"Azərbaycan Respublikası yaxşı olar ki, mövcud prosesləri nəzərə alaraq öz xarici siyasət sahəsindəki bu hərəkətindən çəkinsin. Digərlərinin mədəniyyət fəxrlərini öz xeyrinə müsadirə və digərlərinə hədiyyə etmək yaxşı hərəkət deyildir" –deyə nazir müavini bildirib.

Aran-Newsun məlumatına görə, İran mədəniyyətinə təcavüz yəqin ki, məsul şəxslər tərəfindən reaksiya ilə üzləşəcək. Əlbəttə bu reaksiyanın mədəni cəhəti vardır. Ölkənin fəxri şəxsləri üçün geniş səviyyədə xatirə mərasimlərinin keçirilməsi mübarizənin yollarından biridir.

Mədəniyyət və islam irşad nazirinin mədəniyyət məsələləri üzrə müavini bir çox ölkədə mədəni fəxrlərin azlığını İranın mədəniyyət müqəddəsliyinə qarşı təcavüzün səbəbi adlandırıb və deyib: Yəqin ki, İslam Respublikası belə təcavüzlər qarşısında sakit qalmayacaq.

Aran-News İRNA-ya istinadən bildirib ki, Bəhmən Dəri İranın tanınmış şairi Nizami Gəncəvinin heykəlinin hazırlanaraq və şəxsiyyəti saxtalaşdırılaraq İtaliyaya hədiyyə olunması və onun Roma şəhəri Vila Burquze parkında qoyulmasını qeyri-mədəni hərəkət adlandırıb.

Dəri bildirib: İranın fəxri şəxsiyyətlərindən biri Nizami Gəncəvinin Azərbaycanda mövcud olmasına dair aydın sənəd və sübutlar mövcuddur və onu sübut etməyə ehtiyac yoxdur.

Mədəniyyət nazirinin müavini söyləyib: Azərbaycan Respublikası yaxşı olar, mövcud prosesləri nəzərə alaraq öz xarici siyasətində bu hərəkətdən çəkinsin. Digərlərinin mədəni fəxri şəxslərini öz xeyrinə müsadirə və digərlərinə hədiyyə etmək yaxşı hərəkət deyil.

"YUNESKO və digər elmi və mədəni mərkəzlərdə bu əsərlərin qeydiyyata alınması üçün çoxlu səylər göstərilib. Mövləvi, Nizami Gəncəvi və digər məşhur şəxsiyyətlərin qeydiyyata alınması da bu hərəkətlərdəndir. Bu bizim ölkəmizin zəifliyi deyil. Alimin olmamazlığı dünya səviyyəsində irəli sürülmək həddində bu təcavüzə səbəb olur. Yaxşı olar ki, digər ölkələr öz mədəni kökləri ardınca olsunlar" –deyə Dəri bildirib».


Geri qayıt