Əsas Səhifə > Hadisə > ABBAS ABBASOVUN MƏHKƏMƏSİ BAŞLADI
ABBAS ABBASOVUN MƏHKƏMƏSİ BAŞLADI19-10-2011, 13:33 |
BAŞ PROKURORLUĞUN ŞİKAYƏTİ ƏSASINDA Şirvan Apellyasiya Məhkəməsində Baş Prokurorluğun qəsdən adam öldürməkdə təqsirləndirilən Masallı rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Abbas Abbasovun barəsindəki hökmdən verdiyi apellyasiya protesti və qarşı tərəfin verdiyi şikayət üzrə məhkəmə prosesi başlayıb. APA-nın xəbərinə görə, məhkəmə baxışı noyabrın 1-nə təyin olunub. Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Abbas Abbasov 14 il müddətinə azadlıqdan məhrum edilib. Lakin prokurorluq hökmdən narazı qalıb və onun cəzasının artırılması üçün apellyasiya protesti verib. Eyni zamanda təqsirləndirilən şəxs də apellyasiya şikayəti verərək, cəzanın azaldılmasını istəyir. İttihama görə, 2010-cu il martın 18-də Abbas Abbasov həyat yoldaşı Zahidə Əlihüseyn qızı Ağayevanı, 21 yaşlı oğlu Xəzər və 55 yaşlı qardaşı Hüseyn Abbasovu odlu silahdan atəş açaraq yaralayıb. Hər üç zərərçəkmiş Masallı Regional Təcili Tibbi Yardım Stansiyasına yerləşdirilsə də, Zahidə Ağayeva əməliyyat zamanı dünyasını dəyişib. Geri qayıt |