Əsas Səhifə > Güney Press / Manşet > SUMQAYITDA GÖZLƏNİLƏNLƏR OLDU

SUMQAYITDA GÖZLƏNİLƏNLƏR OLDU


7-06-2012, 17:32
SUMQAYITDA GÖZLƏNİLƏNLƏR OLDU

HƏYƏCAN TƏBİLİ ÇALAN QAÇQIN AİLƏLƏRİNƏ DİVAN TUTULDU

DİA.AZ: - Bu gün səhər saatlarında 1 saylı Sumqayıt Şəhər Xəstəxanasının binasında yaşayan qaçqınlarla polis və icra hakimiyyətinin nümayəndələri arasında qarşıdurma baş verib. Buna səbəb qaçqınların xəstəxananın təmiri ilə bağlı yaşadıqları ünvanlardan çıxardılması olub.

Hadisə şahidlərinin verdiyi məlumata görə, polislərə müqavimət göstərən məcburi köçkünlərdən bir neçə nəfəri polis bölməsinə aparılıb. Xəstəxanadan çıxarılan məcburi köçkünlərə yaşayış üçün alternativ evlərin verilməsinə baxmayaraq, qaçqınlar bununla razı olmayıblar.

Qeyd edək ki, bir neçə müddət bundan öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “1 saylı Sumqayıt Şəhər Xəstəxanasının yenidən qurulması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

Onu da xatırladaq ki, bir müddət əvvəl DİA.AZ-a Sumqayıt şəhəri, 40-cı məhəllə, 1 saylı xəstəxanada məskunlaşan 16 ailə adından müraciət daxil olan müraciətdə məhz bu gün yaşanılan problemin anonsu verilməkdə idi. Müraciəti göndərən Süleymanova Sevinc Sumbat qızı sözügedən xəstəxanada 19 ildir ki, məskunlaşan qaçqın ailəsinə göstərilən düşmən münasibətdən şikayətlənirdi.

Şikayət məktubunda deyilirdi: В«Hörmətli redaksiya, biz 16 ailə (41 nəfər) 1993-cü ildə Ermənistanın işğalçılıq siyasəti nəticəsində öz doğma torpaqlarımızdan məcburi köçkün düşdükdən sonra Sumqayıtda 1 saylı xəstəxananın ərazisində məskunlaşmaq zorunda qaldıq. Və illərdir ki, yaşadığımız şəraitin dözülməz olmasına baxmayaraq, torpaqlarımızın azad ediləcəyi günü səbirsizliklə gözləməkdəyikВ».

Şikayətçi bildirirdi ki, yaşadıqları xəstəxana bu ilin aprel ayının əvvəllərindən dövlət proqramı çərçviəsində əsaslı təmirə dayandırılıb: В«Bizə də məlumat vermişdilər ki, əşyalarımızı hazırlayaq, bizi köçürürlər. İndi aradan bir aylıq müddətin keçməsinə baxmayaraq, bizi heç bir yaşayış yeri ilə təmin etmədən, 16 ailənin sığındığı binada təmir işləri həyata keçirilir. Binanın yuxarı mərtəbələrindən sökülüb atılan pəncərə, şüşə, daş beton qırıqları və işlədilən avadanlıqlar həm bizim, həm də xüsusən övladlarımızın həyatına birbaşa təhlükədir. Artıq bu binada yaşamaq dözülməz həddə çatıbВ».

Müraciətdə bildirilirdi ki, 16 ailə yeni yaşayış yeri ilə təmin olunmaları üçün Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizova müraciət etsələr də, onların dərdinə çarə qılan olmayıb: В«Bizə icra hakimiyyətindən bildirdilər ki, bizi yerli səhiyyə şöbəsi yeni yaşayış yeri ilə təmin etməlidir. Ora da müraciət etdik, onlar da bildirdi ki, narahat olmayaq. Bizi Vərəm Dispanserininin bir şöbəsini dezinfeksia edib, ora yerləşdirəcəklərВ».

Elə bu da 19 ildir məcburi köçkün həyatı yaşayan 16 ailənin narahatçılığına səbəb olmuşdu. İndi isə onlar zorla yerlərindən köçürüldülər.


Geri qayıt