Əsas Səhifə > Güney Press / Manşet > SAMUX RAYON MƏHKƏMƏSİNDƏ ÖZBAŞINALIQ
SAMUX RAYON MƏHKƏMƏSİNDƏ ÖZBAŞINALIQ7-06-2012, 16:05 |
![]() 3 KÖRPƏ UŞAQLA ÇARƏSİZ QALAN ANA 7 AYDIR Kİ, ALİMENT ALA BİLMİR DİA.AZ: - Samux rayonundan redaksiyamıza vətəndaş şikayəti daxil olub. Müraciət edən Afaq xanım bildirir ki, onun keçmiş həyat yoldaşı Natiq İsmayılov artıq 7 aydır ki, məhkəmə yolu ilə kəsilən alimenti ödəməkdən boyun qaçırır. Şikayətçi DİA.AZ-a ünvanladığı məktubunda yerli məhkəmələrin özbaşınalıqlarından da gileylənir. Hazırda Gəncədə yaşadığını bildirən Afaq xanımın sözlərinə görə, maddi durumu çətin olduğundan onun həmin aliment puluna ehtiyacı var: В«3 körpə uşaqla çarəsiz qalmışam. Və maddi imkanım yol vermir ki, keçmiş həyat yoldaşımdan tutulan alimentdən imtina edimВ». Şikayətçinin əsas giley-güzarı isə yerli məhkəmələrdəndir: В«7 aydır alimenti ala bilməməyimə və bu barədə Samux rayon məhkəməsi tərəfindən qərarının çıxarılmasına baxmayaraq, məhkəmə icraçılarının özbaşınalığı nəticəsində alimenti ala bilmirəm. Məhkəmə icraçısı Rusub adlı şəxs qarşı tərəfdən pul alaraq qərarın icrasına maraq göstərmir və məni get-gələ salırВ». Qarşı tərəfi də dinləməyə hazırıq. Bizi izləyin… Geri qayıt |