Əsas Səhifə > Hadisə, Manşet > PREZİDENT KƏMALƏDDİN HEYDƏROVA İNANMIR

PREZİDENT KƏMALƏDDİN HEYDƏROVA İNANMIR


18-10-2011, 16:46
PREZİDENT KƏMALƏDDİN HEYDƏROVA İNANMIR

QƏBƏLƏDƏ ƏLAVƏ OLARAQ 2 TON QIZILIN OLDUĞU DA BİLDİRİLİR

DİA.AZ: - Məlum olduğu kimi, Qəbələdə məşhur türk sərkərdəsi Əmir Teymura məxsus olan xəzinə aşkarlanıb. Bu barədə oxucularımızı davamlı olaraq məlumatlandırdığımızdan əlavə bilgilər vermək niyyətindən uzağıq. O da məlumdur ki, bu həftənin birinci günü Prezident administrasiyasının rəhbəri Ramiz Mehdiyev, daxili işlər naziri Ramil Usubov və fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qəbələdə aşkarlanan tarixi abidəni ziyarət ediblər.

Təbii ki, bu faktın özü yetəricə maraqlıdır. Çünki rəsmi məlumatlarda deyilir ki, guya həmin ərazidən hansısa qədim əsrə aid şəhərin qalıqları tapılıb və buna görə də həmin şəxslər Qəbələyə gediblər. Çox maraqlıdır. Hər halda, adları çəkilən məmurların heç birinin nə Azərbaycan tarixinə, nə də arxeologiyaya aidiyyatları yoxdur.

Təbii ki, bu da redaksiyamızın yazdıqlarının bir növ təsdiqi kimi qəbul oluna bilər. Xatırladaq ki, həmin ərazidən Əmir Teymura aid xəzinənin aşkarlandığı bildirilir və qeyd olunur ki, ilkin qazıntılar zamanı 42 küpə tapılıb və hər küpədə həmin dövrdə ayrı-ayrı dövlətlər tərəfindən basılmış qızıl sikkələr, zinət əşyaları olub. Ümumi olaraq isə aşkarlanan qızılın 300 kilodan artıq olduğu bildirilir və o da qeyd olunur ki, həmin tarixi sərvət fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən mənimsənilib.

Bu barədə əldə etdiyimiz məlumatlardan aydın olur ki, əslində məmurların Qəbələyə səfəri heç də hansısa tarixi abidənin ziyarət olunması səbəbilə baş verməyib. Bu barədə danışan mənbə bildirir ki, əslində redaksiyamız tərəfindən baş verənlərin olduğu kimi diqqətə çatdırılması PA rəhbəri Ramiz Mehdiyevin, eləcə də DİN şefi Ramil Usubovun diqqətini cəlb edib:

«Təbii ki, Kəmaləddin Heydərov «yuxarılara» yanlış iformasiya verib. Elə prezident də bu məsələ ilə maraqlanır. Çünki söhbət qədim bir tapıntının mənimsənilməsindən gedir».

Bu arada mənbəmiz maraqlı bir informasiyanı da diqqətə çatdırdı: «Prezidentin birbaşa tapşırığı əsasında DİN-in təhqiqatçıları ərazidə çalışan fəhlələri dünən gün boyu dindiriblər. Təbii ki, bütün bunlar Kəmaləddin Heydərova etimadsızlıqdan irəli gəlir».

Onu da xatırladaq ki, Qəbələdə hava limanının tikintisi zamanı aparılan qazıntı işləri nəticəsində Əmir Teymurun xəzinəsi tapılıb və tarixçilər iddia edir ki, həmin ərazidə daha çox qızıl var. Söhbət təxminən 2 tona yaxın qızıldan gedir.


Geri qayıt