Əsas Səhifə > Hadisə > PROKUROR İŞDƏN ÇIXARILDI

PROKUROR İŞDƏN ÇIXARILDI


7-06-2012, 13:48
PROKUROR İŞDƏN ÇIXARILDI

DÖVLƏT İTTİHAMÇISI VÜSAL ORUCOV VƏZİFƏSINDƏN UZAQLAŞDIRILIB

Təhsil Nazirliyinin keçmiş şöbə müdiri, hazırda həbsdə olan Orxan Kərimovun məhkəmə prosesində dövlət ittihamçısı kimi çıxış edən prokuror Vüsal Orucov vəzifəsindən uzaqlaşdırılıb. Bu barədə TİA.AZ-a məlumatı adının açıqlanmasını istəməyən şəxs verib.

O bildirib ki, Vüsal Orucov təkcə Orxan Kərimovun deyil, həmçinin «Xural» qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının məhkəmə prosesində də dövlət ittihamçısı kimi çıxış edib. Məlumatda Orucovun niyə işdən çıxarıldığı barədə heç bir şey deyilmir. «O, bu cür proseslərdə xüsusi canfəşanlığı, sanki haqqı müdafiə edirmiş kimi özünü aparması və vəkillərin verdiyi vəsatətlərin mahiyyətinə varmadan, qərəzli olaraq rədd üçün çalışan bir prokuror idi».

Məlumatı verən şəxs deyib ki, sözügedən məhkəmə proseslərdə növbəti prokurorun kim olması tezliklə bilinəcək. «Çox güman ki, onun yerinə gələn prokuror sifarişi yerinə yetirsə belə, Vüsal Orucov kimi canfəşanlıq etməyəcək».

Geri qayıt