Əsas Səhifə > Siyasət, Manşet > NAZİR DÖYÜLƏN PROFESSORU NECƏ RAZI SALIB?

NAZİR DÖYÜLƏN PROFESSORU NECƏ RAZI SALIB?


7-06-2012, 13:37
NAZİR DÖYÜLƏN PROFESSORU NECƏ RAZI SALIB?

ŞİKAYƏTÇİ DÜŞMƏMƏSİ ÜÇÜN UNİVERSİTETİ MÜƏLLİMİNƏ PUL VERİLİB

DİA.AZ: - Bir neçə gün əvvəl məlumat verərək bildirmişdik ki, Bakı Dövlət Universitetinin profesoru xüsusi amansızlıqla döyülüb. Məlumata görə, universitet müəllimi nazir oğlu tərəfindən xüsusi amansızlıqla döyülüb. Belə ki, nazir oğlunun Bakı Dövlət Universitetinin 3-cü kurs tələbəsi olan nişanlısı dərsdə saqqız çeynəyib və müəllim bunu görüb.

Müəllimin etirazına qızın saqqız çeynəyə-çeynəyə cavab verməsi qalmaqalla nəticələnib. Əsəblərini cilovlaya bilməyən müəllim tələbəni dərsdən qovub. Əvvəlcə auditoriyadan çıxmaq istəməyən tələbə qız müəllimlə dalaşıb və onu söyüb dərsdən çıxıb. Elə hadisə də bundan sonra baş verib. Məlumata görə, qız məsələ ilə bağlı nişanlısı-müdafiə sənayesi naziri Yavər Camalovun oğluna məlumat verib və onu universitetə çağırıb. Bir neçə qoluzorlu ilə birlikdə universitetə gələn nazir oğlu nişanlısının dərsdən qovulmasını özünə təhqir bilib universitetə daxil olub.

Nazir oğlu yanındakı idmançı görkəmli dostları ilə birlikdə auditoriyaya soxulub müəllimə hücum ediblər. Məlumata görə, o dəstəsilə birlikdə müəllimi tələbələrin gözü qarşısında döyməyə başlayıb. Nazir oğlu və onun dostlarının özbaşınalığına dözməyən tələbə oğlanlar müəllimi onların əlindən almağa çalışsalar da, mümkün olmayıb. Müəllimin xüsusi amansızlıqla döyüldüyünü görən tələbələr məcburiyyət qarşısında hadisə yerinə polis çağırmalı olub. Mənbənin dediyinə görə, Yavər Camalovun oğlu müəllimi bir saatdan artıq döyəndən sonra onu döşəmədə atıb universiteti tərk edib. Professora xəbərdarlıq edilib ki, şikayət ediləcəyi təqdirdə onun və ailəsinin həyatı təhlükə altında olacaq.

Bildirək ki, DİA.AZ redaksiyasına bu olayla bağlı yeni məlumatlar daxil olub. Məlumatlara keçməzdən öncə isə hadisəyə nazir Yavər Camalovun verdiyi reaksiya barədə. Xatırladaq ki, bir neçə gün əvvəl həmin məlumatı yayan redaksiyalardan biri nazirin adamları tərəfindən təhdid olunmuşdu.

Bütün bunları xatırladaq mötəbər mənbə idida edir ki, əslində israrlı təkziblərə baxmayaraq hadisə baş verib: «Əgər burada hansısa şər-şəbədə olsaydı, məsələyə Yavər Camalov səviyyəsində reaksiya verilməz, nazirin adamları hansısa redaksiyanı hədələməzdi. Yəni od olmayan yerdən tüstü çıxmaz».

Mənbəmiz onu da bildirir ki, artıq bununla əlaqədar vəziyyət yenidən gərginləşib: «Hadisə baş verəndən dərhal sonra Yavər Camalovun adamları BDU-ya gələrək döyülən professorla görüşmüş, onu razı salmışlar. Hətta şikayətçi düşməməsi üçün ona əlavə pul da təklif olunub».

Amma bu da baş verənlərin mətbuatdan gizli tutulmasının qarşısını ala bilməyib. Çünki hadisə digər tələbələrin də gözləri qarşısında baş verdiyindən Yavər Cəməlov istədiyinə nail ola bilməyib: «Ona görə də hadisə barədə ilkin qaynaq rolunda çıxış edən redaksiya bu şəkildə hədələnib».

Mövzu diqqətimizdədir. Qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt