Əsas Səhifə > Gündəm, Manşet > VASİF TALIBOVDAN FHN ŞEFİNƏ ZƏRBƏ

VASİF TALIBOVDAN FHN ŞEFİNƏ ZƏRBƏ


7-06-2012, 13:07
VASİF TALIBOVDAN FHN ŞEFİNƏ ZƏRBƏ

AMMA BU ZƏRBƏ TƏKCƏ KƏMALƏDDİN HEYDƏROVA DƏYMƏDİ, HƏM DƏ…

DİA.AZ: - Məlum olduğu kimi, bir neçə gün əvvəl Dövlət Gömrük Komitəsi haqqında əsasnamənin və komitənin strukturunun təsdiqini müşahidə etdik. DGK-nın yeni əsasnaməsinə görə, Naxçıvan Muxtar Respublikası DGK Azərbaycan Respublikası DGK-nın strukturundan çıxarılıb.

Məlumatlarda deyilir ki, DGK strukturu mərkəzi aparatdan, Bakı və Sumqayıt şəhərlərinin baş gömrük idarələrindən, həmçinin ərazi idarələrindən ibarətdir. Azərbaycan DGK-nın sərəncamında beş ixtisaslaşdırılmılş gömrük idarəsi var (Hava Nəqliyyatında Baş Gömrük İdarəsi, Aksiz Gömrük İdarəsi, Enerji Gömrük İdarəsi, Avtonəqliyyat Gömrük İdarəsi və Xəzər dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsi).

Həmçinin DGK Gömrük Akademiyası, Tibbi Xidmət İdarəsi, Mərkəzi Gömrük Ekspertizası İdarəsi, Gömrük Mühafizə Xidməti, İdman-Sağlamlıq Mərkəzi, gömrük laboratoriyaları və digər qurumlara malikdir.

Bununla bağlı DİA.AZ-ı bilgiləndirən Nazirlər Kabinetindəki qaynaq iddia edir ki, ekçpertlər tərəfindən Naxçıvana tanınan muxtariyyətin artırılması və rəsmi Bakının nəzarət rıçaqlarının azaldılması kimi təhlükəli bir məqam kimi dəyərləndirilən bu olay, digər tərəfdən də Naxçıvan Ali Məclisinin rəhbəri Vasif Talıbovun hakimiyyət içindəki mövqelərinin güclənməsi anlamını daşıyır.

Mötəbər mənbə iddia edir ki, dəfələrlə Naxçıvan gömrüyünə nəzarət uğrunda fövqəladə hallar naziri Kəmaləddin Heydərovla «Naxçıvan Xanı» Vasif Talıbov arasında mübahisələr də yaranıbmış: «Hətta təxminən iki ay əvvəl Vasif Talıbov Naxçıvan gömrüyündə kadr islahatları həyata keçirməyə qalxsa da, onun bu istəyi Kəmaləddin Heydərov tərəfindən inadla alınmışdı».

Bildirək ki, keçmiş DGK rəhbəri Kəmaləddin Heydərov hələ də gömrük sisteminə nəzarəti öz əlində saxlayır. İndi isə son dəyişikliklər nəticəsində Vasif Talıbov rəsmən FHN şefinə qalib gəlmiş kimi görünür. Mənbəmiz bildirir ki, bu gün hakimiyyət içində cərəyan edən oyunlar - məmur qovğaları zamanı hətta Azərbaycanın dövlət maraqları belə təhlükə altına atılmaqdadır: «Naxçıvan hər zaman düşmənlərimiz üçün cəlbedici olub. Hətta ara-sıra qardaş Türkiyədə də ayrı-ayrı yerlərdə Naxçıvanın Azərbaycandan ayrı göstərilməsinə şahidlik etmişik. Yəni belə bir şəraitdə bu muxtar respublikanı Azərbaycandan ayıran əlavə addımların atılması birbaşa olaraq dövlətçilik üçün təhlükə hesab oluna bilər».

Bir sözlə, məmurların «razborka»sı zamanı hətta qanunlar belə dəyişdirilir ki, bu da ucurlu addım kimi səciyyələnə bilməz. Mənbəmiz bildirir: «Bu həm də o deməkdir ki, toqquşan məmurların maraqları dövlətin maraqlarından daha ucadadır».

Geri qayıt