Əsas Səhifə > Güney Press / Manşet > MƏDƏT QULİYEV FİKRƏT MƏMMƏDOVU YÖNƏLDİR
MƏDƏT QULİYEV FİKRƏT MƏMMƏDOVU YÖNƏLDİR6-06-2012, 18:23 |
![]() SON DƏYİŞİKLİKLƏRDƏ XİDMƏT RƏSİSİNİNİN MÜSTƏSNA ROLU VAR DİA.AZ: - Bildirildiyi kimi, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı cəzaçəkmə müəssisəsinin rəisi Ərşad Həsənov və 9 saylı cəzaçəkmə müəssisəsinin rəis əvəzi Fazil Allahverdiyev vəzifələrindən azad olunublar. Ədliyyə Nazirliyindən verilən məlumata görə, hər iki şəxs işdə yol verdikləri nöqsanlara görə ədliyyə naziri Fikrət Məmmədovun əmri ilə vəzifədən çıxarılıblar. Bununla bağlı redaksiyamıza daxil olan məlumatda deyilir ki, əslində nazir Fikrət Məmmədovun əmri bir çoxları üçün, elə 17 saylı cəzaçəkmə müəssisəsinin rəisi Ərşad Həsənovun özü üçün gözlənilməz olub. Belə ki, Ərşad Hüseynov 17 saylı CÇM-yə 14 saylı CÇM-dən transfer olunmuşdu və bu yerdəyişmə keçən ilin dekabrında baş tutmuşdu. Məlumatlı mənbənin DİA.AZ-a bildirdiyinə görə, əslində Ərşad Hüseynovun vurulmasında birbaşa olaraq penitensiar xidmətin rəisi Mədət Quliyevin müstəsna rolu olub: В«Daxili işlər nazirliyindən ədliyyə nazirliyinə gəldiyi ilk günlərdən türmələrə öz adamlarını yerləşdirməyə çalışan Mədət Quliyev ilkin mərhələdə Ərşad Hüseynovu görəvindən uzaqlaşdırmağa çalışsa da, buna nail ola bilməmişdi. Ərşad Hüseynovu ədliyyə nazirliyində himayə edən şəxslər onu qorumağı bacarmışdılar. Amma indi vəziyyət dəyişib. Mədət Quliyev naziri dəyişikliyə - Ərşad Hüseynovun işində yarıtmaz olmasına inandıra bilibВ». Ümumiyyətlə, son dəyişikliklərin hamısında Mədət Quliyevin iradəsinin əsas rol oynadığını bildirən mənbəmiz vurğuladı ki, xidmət rəisi hətta türmə rəhbərlərinə qarşı polisin gücündən də istifadə edir: В«Bu günlərdə ayrı-ayrı kolonların əməkdaşlarının içəriyə narkotik keçirərkən yaxalanması da bu dəstəyin əlamətidir. Mədət Quliyev nazir Fikrət Məmmədovu nəhayətdə dəyişikliyin zəruriliyinə inandıra bilirВ». Qarşı tərəfi də dinləməyə hazırıq. Bizi izləyin… Geri qayıt |