Əsas Səhifə > Güney Press / Manşet > ANTİAZƏRBAYCAN RUHLU TƏBLİĞAT DAYANDIRILIR

ANTİAZƏRBAYCAN RUHLU TƏBLİĞAT DAYANDIRILIR


6-06-2012, 17:11
ANTİAZƏRBAYCAN RUHLU TƏBLİĞAT DAYANDIRILIR

В«SƏHƏRВ» KANALININ İNTERNET SAYTI DA FƏALİYYƏTƏİNİ DURDURDU

DİA.AZ: - В«İranın xüsusi xidmət orqanları antiAzərbaycan təbliğata artıq son veriblərВ». Bu sözləri redaksiyamıza Bakıdakı diplomatik mənbələr ötürüb. Mənbənin DİA.AZ-a verdiyi xəbərdə o da vurğulanır ki, hətta dövlətimizə və millətimizə qarşı həqarətləri ilə xüsusi olaraq diqqətə gələn İranın В«SəhərВ» kanalının В«azeritv.irib.irВ» internet ünvanı da fəaliyyətin dayandırıb.

Qeyd edək ki, Avropa peykləri vasitəsilə dünyada yayımlanan iranın beynəlxalq В«SəhərВ» televiziya kanalı gündə 12 saat Azərbaycan türkcəsində verilişlər yayımlayır. Və bu verilişlərdə rəsmi Bakının, həmçinin dövlətimizin ünvına təhqiredici ifadələr səsləndirilməkdədir.

Məlumatlı mənbə bildirir ki, hələlik İranın antiAzərbaycan ruhlu təbliğat kampaniyasına son verdiyini söyləmək tezdir: В«Amma rəsmi Bakı ilə danışıqlar gedir. Və ola bilsin ki, bu danışıqların ilkin razılaşması məhz qarşılıqlı təhqirlərin yığışdırılması ilə bağlı olub. Çünki İran bəlli olduğu kimi, ayətullahların təhqirindən əməlli-başlı narahat olmuşdu. Və Azərbaycan tərəfinin verdiyi bu cavab tehranda böyük əsəb gərginliyi yaratmışdıВ».

Mənbəmiz sonda onu da söylədi ki, bir sıra xəbər portalları istisna olmqla, hələlik İran mətbu atəşkəsə əməl edir.


Geri qayıt