Əsas Səhifə > Güney Press / Manşet > ETİBAR ƏLİYEVİN PULLARINI NAZİR ƏLƏ KEÇİRİB
ETİBAR ƏLİYEVİN PULLARINI NAZİR ƏLƏ KEÇİRİB6-06-2012, 16:43 |
![]() 11 İYUNDA İSƏ MƏHBUS BANKİR В«TEXNİKABANKВ»DAKI PAYINI İTİRƏCƏK DİA.AZ: - Məlum olduğu kimi, Azərbaycanın В«TexnikabankВ» ASC-nin İdarə Heyəti bildirir ki, bu ilin iyun ayının 11-də saat 15:00-da bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Bankın baş ofisindən verilən məlumata görə, növbədənkənar ümumi yığıncaq Bakı şəhəri, Atatürk prospekti, 1107 ünvanında keçiriləcək. Xatırladaq ki, В«TexnikabankВ» ASC 1993-cü ildə təsis olunub. Bankın 35 filialı və 637 işçisi mövcuddur. Və onu da bildirək ki, artıq neçə müddətdir ki, bankın müşahidə şurasının sədri Etibar Əliyev həbsdədir. O, maliyyə fırıldaqlarında ittiham olunur və onunla bərabər daha bir neçə nəfər Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanılır. Qeyri-rəsmi məlumatlara görə, Etibar Əliyevin saxlanılmasının sifarişi Gürcüstan prezidenti Mixail Saakaşvili tərəfindən verilib və iddia olunur ki, məhbus bankir gürcüstanlı iş adamlarından birinin 10 milyon dollarını mənimsəyib. Amma işin əsli ilə bağlı bu günlərdə tamam fərqli versiyalar irəli sürüldü. Neftçilərin Hüquqlarını Müdafiə Komitəsi bu günlərdə ölkədə mülkiyyət hüququnun durumu ilə bağlı hesabatını təqdim edərkən olduqca ilginc faktları açıqlayarkən, həm də Etibar Əliyevin həbsinin şok təfərrüatlarına da izahat vermiş oldu. Belə ki, açıqlanan hesabat komitənin malik olduğu, "İslam, Demokratiya və İnsan Hüquqları", "Sülh və Demokratiya İnstitutu", "Demokratiyaya Yardım" ictimai birliklərinin təqdim etdiyi faktlar əsasında hazırlanıb. Hesabat 2008-ci ildən bu yana vətəndaşların mülkiyyət hüquqlarının kütləvi şəkildə pozulması araşdırılaraq dəyərləndirilir. Təkcə Bakı şəhərində 2009-cu ildən bu yana mülkiyyətdən məhrum edilən vətəndaşların sayının 60 min nəfərdən çox olduğu deyilir. Bu rəqəm sökülən evlərdə yaşayan yaşı 18-dən yuxarı olan vətəndaşların sayılması ilə əldə edilib. Mülkiyyət hüquqlarının pozulmasında ən çox Bakı şəhər İcra Hakimiyyəti, Dövlət Əmlak Komitəsi və baş prokurorluğun adları hallanır. Mülkiyyət hüququnun pozulması təkcə Bakı ilə çərçivələnməyib. Qəbələ-Oğuz-Bakı su kəməri, Bakı-Astara yolu, "İpək yolu" çəkilərkən rayon vətəndaşları da mülkiyyət itkilərinə məruz qalıb. Vətəndaşlar hüquqları uğrunda mübarizə aparsa da, dövlət səviyyəsində zorakılığa qalib gələ bilməyib. Məhkəmələr bəzən vətəndaşın xeyrinə qərar çıxarsa da buna məhəl qoyulmayıb. Çox zaman isə qərarlar iqtidarın xeyrinə verilib. Mülkiyyətinin dağıdılması müqabilində vətəndaşa verilən kompensasiya ədalətsiz, təklif edilən evlər isə keyfiyyətsiz olub. Əhaliyə kompensasiya ödənməsi üçün ilk dəfə Dövlət Neft Şirkətindən 2009-cu ildə 6 milyon manat ayrılıb. Bu pul Rufan Kazımov adlı fərdi şəxsin hesabına köçürülüb. Sonra "Bakıda abadlıq işləri" adı ilə müxtəlif nazirliklər pulları Bakı şəhər icra hakimiyyətinin "Texnikabank"dakı hesabına köçürüblər. 2009-dan bu yana bu hesaba 900 milyon manat pul köçürülüb. Bu vəsaitin nə qədərinin vətəndaşlara ödəndiyi məlum deyil, çünki şəffaflıq yoxdur. vətəndaşlara yalnız ev təklifi də mənimsəmələrlə bağlıdır. Çünki kv. metri 500 manata başa gələn evləri vətəndaşlara sırıyan qurumlar sökülmə ilə bağlı evin hər kv. metrinə ayrılan 1500 manatın 1000 manatını mənimsəyirlər. Qurumun iddiasına görə son zamanlar "Texnikabank"dakı həbslər bu pulların "dövriyyəsi" və ətrafındakı fırıldaqlarla əlaqəlidir. İndi isə DİA.AZ-a Etibar Əliyevlə bağlı ilginc bir məlumat ötürülüb. Mötəbər mənbənin redaksiyamıza bildirdiklərindən belə aydın olur ki, gələn həftə В«TexnikaBankВ»dan uzaqlaşdırılacaq Etibar Əliyevin bankdakı və bankın törəmə qurumlarındakı payı da əlindən alınır. Təxminən 20 milyon manatlıq sərvətin nazirlərdən birinin adına keçirildiyini iddia edən mənbəmiz onu da vurğuladı ki, bu işdə MTN-nin də xüsusi iştirakı var. Mövzu ilə bağlı bütün tərəfləri dinləməyə hazırıq. Geri qayıt |