Əsas Səhifə > Hadisə, Manşet > SAXTA DİPLOMLU BAŞ MÜHASİB
SAXTA DİPLOMLU BAŞ MÜHASİB18-10-2011, 14:01 |
KAPİTAL BANKIN RƏHBƏRLİYİ HƏLƏ DƏ BUNA GÖZ YUMUR DİA.AZ: - Saatlı rayonunda baş alıb gedən ədalətsizlik,özbaşınalıq əlaqədar təşkilatların rəhbərlərini heç də maraqlandırmır. Saatlıda kim nə istəyir, onu da edir, dövlət vəsaitini necə gəldi mənimsəyir, saxtakarlıq edir. Bir sözlə özbaşınalığın həddi-hüdudu yoxdur. Əlimizdə olan bir faktı diqqətinizə çatdırırıq. Bildirək ki, bu məlumat rayondakı qaynaqlar tərəfindən redaksiyamıza ötürülüb. Mənbənin bildirdikləri: “Kapital Bankın Saatlı rayon filialının baş mühasibi Hidayət İbrahimov nə az, nə çox düz 15 ildir ki, saxta ali təhsil diplomu ilə işləyir. Bu müddət ərzində Kapital Bankın idarə heyətinin neçə sədri dəyişib və heç biri də Hidayət İbrahimovun ali təhsil verən diplomunun saxta olduğunu guya bilməyiblər”. Mənbə bildirir ki, əgər onlar bu böyüklükdə saxtakarlığı görməyiblərsə, görəsən, bankı necə idarə ediblər: “Guya Hidayət İbrahimov Rusiyanın ali təhsil müəssisələrinin birində təhsil alıb. Görəsən, 5 il Rusiyanın hansısa şəhərində universitetdə rus dilində təhsil alan H.İbrahimov heç olmasa öz ad-familiyasını bu dildə yaza bilirmi? Kapital Bankın indiki rəhbərliyi də bu saxtakarlığı görmürmü? Doğrudanmı, Hidayət İbrahimovun çirkli pulları bu qədər parlaqdırmı hamının gözlərini qamaşdırır və onun diplomunun saxta olduğunu görmürlər?” Bu gün ölkəmizdə çoxlu sayda savadlı, ixtisaslı, qabiliyyətli kadrlar yetişdiyi bir vaxtda Kapital Bankın rəhbətliyi saxta diplomlu işçiləri hansı maraqlara görə baş mühasib vəzifəsində saxlayıb? Kapital Bankın Saatlı rayon filialının baş mühasibi Hidayət İbrahimov kimi saxta diplomlu kadr doğrudanm Kapital Bankın rəhbərliyi üçün antikvar əşyadır? İnanırıq ki, nəhayət hüquq mühafizə orqanlarının əməkdaşları bu saxtakarlığın üstünü açacaq və saxtakar baş mühasib və ona himayədarlıq edənlər ifşa olunacaqlar. Geri qayıt |