Əsas Səhifə > Sosial, Manşet > ATU-DA ƏXLAQSIZLIQ QALMAQALI BÖYÜYÜR

ATU-DA ƏXLAQSIZLIQ QALMAQALI BÖYÜYÜR


6-06-2012, 13:26
ATU-DA ƏXLAQSIZLIQ QALMAQALI BÖYÜYÜR

BAŞ VERMİŞ HADİSƏ İLƏ BAĞLI TN RƏHBƏRLİYİ TƏLİMATLANDIRILIB

DİA.AZ: - Bir neçə gün əvvəl Bakıda dəhşətli bir olayın üstü açıldı. Söhbət Azərbaycan Tibb Universitetinin tanınmış professorlarından birinin qeyri-münasib vəziyyətdə videogörüntülərinin yayımlanmasından gedir.

Bildirək ki, 80-ə yaxın yaşı olan həmin professor işlədiyi tədris korpusunda (həm də klinika) qəbul etdiyi qadın müştərilərdən birinə əxlaqsız təklifdə bulunub ki, onun bu davranışları vidogörüntüyə alınıb.

Bildirək ki, bu olayın, daha dəqiqi bu olay barədə məlumatın yayılmasının üzərindən bir həftəlik vaxtın keçməsinə baxmayaraq, hələ də Tibb Universitetinin rəhbərliyi bu barədə susur.

DİA.AZ-a bununla bağlı daxil olan məlumatlardan isə aydın olur ki, 80 yaşlı əxlaqsız profsessorun məsələsi artıq təhsil nazirliyinin də diqqətini çəkib. Daha doğrusu, bu barədə təhsil nazirliyinə araşdırmaların aparılması yüçün daha üst qurumlardan təlimat verilib.

Lakin məsələdə nədənsə ATU-nun rektoru, millət vəkili Əhliman Əmiraslanovun heç bir təşəbbüskarlığının gözə dəyməməsi və əxlaqsızlığı ifşa olunmuş professora güldən ağır söz deməməsi bir çox şübhələ də yol açıb.

Bunları da xatırladan mənbəmiz vurğulayır ki, elə bu səbəbdən məsələnin təhsil nazirliyi səviyəsində müzakirəsi tələb olunub: «Bu vaxta qədər siyasi müxalifət nümayəndələrinin bu formada şantaj olunmasını görmüşdük. Amma indiki məsələ heç də siyasi deyil. O zaman nədən baş verənlərə hüquqi qiymət verilmir və hələ də həmin müəllim həm xəstə qəbul edir və həm də tələbələrin qarşısına çıxmaqdadır?»

Əslində bunun hakimiyyət üçün təhlükəli tendensiyalar yarada biləcəyini vurğulayan mənbəmiz maraqlı bir faktı da diqqətə çatdırdı: «Həmin professorun arxasında dayanan əxslər var. Və bu məsələdə onların da maraqlı olması ATU rektorunun əl-qolunu bağlayıb». Amma buna rəğmən Misir Mərdanov artıq bu işlə əlaqədar tədbirin görülməsi üçün təlimatlandırılıb.

Mövzu diqqətimizdədir. Qarşı tərəfi də dinləməyə hazırıq. Bizi izləyin…

Geri qayıt