Əsas Səhifə > Gündəm, Manşet > FARS-MOLLA REJİMİ YENƏ DƏ «GEY» DEYƏ-DEYƏ QALIB

FARS-MOLLA REJİMİ YENƏ DƏ «GEY» DEYƏ-DEYƏ QALIB


6-06-2012, 12:42
FARS-MOLLA REJİMİ YENƏ DƏ «GEY» DEYƏ-DEYƏ QALIB

MÜNASİBƏTLƏRDƏKİ MƏTBU ATƏŞKƏSİ «ABNA.İR» PORTALI POZDU

DİA.AZ: - Neçə müddət idi ki, başımız dinc idi. Yəni antiAzərbaycan ruhlu fars-molla mətbuatı qınına çəkilmişdi. Amma deyəsən, əlləri dinc dayana bilmir və yenə də dövlətimizin adına həqarət etməyə başlayıblar. Onu da bildirək ki, apardığımız müşahidələr nəticəsində təsbit edə bildik ki, bir sıra İran saytları Azərbaycana qarşı materiallarını səngidiblər.

Amma aradakı «atəşkəsi» daha çox abırsız ifadələri ilə seçilən «abna.ir» saytı pozdu. Belə ki, Azərbaycanın yerli xəbər portallarının birində yer almış bir məlumatı konteksindən çıxaran «abna.ir». belə bir təəssürat yaratmağa çalışır ki, guya Azərbaycanda «mavilik» geniş vüsət alıb və hətta bu ölkədə vəzifəyə gələ bilmək üçün də gey olmaq şərtdir.

«Azərbaycanda işə qəbul olmaq üçün gərək gey olasan» başlıqlı məqaləni olduğu kimi diqqətinizə çatdırırıq: «Uzun illər Türkiyədə yaşayan və fəaliyyət göstərən, bu yaxınlarda isə Azərbaycana qayıdan aktyor Murad Fətullayev Vətəni tərk edir. Bu barədə açıqlama verən Murad bunları dedi:

“Hər zaman ətrafımda olan insanların şəxsi həyatlarına hörmətlə yanaşmışam. Mənə önəmli olan insanlar da buna görə həmişə mənə hörmət qoyublar. Heç kim heç kimə qarışmağa ixtiyar sahibi deyil. Amma mən gördüyüm və şahidi olduğum bir şeyi deməliyəm. Mən Türkiyədən vətənə gəlib şou-biznesimizdə nəsə etmək istədim. Onu deyim ki, bir şeyin şahidi oldum ki, bizim şou-biznesdə iş görmək üçün “gey” olmaq lazımdı. Odur ki, görmək istədiyim işi qoyub vətəndən gedirəm. Düşünürəm ki, neçə illərdir vətəndən uzaqda yaşayıram, elə olduğu kimi də qalsın. Türkiyəyə dönüb bizim şou-biznesdə “gey”lərin at oynatmaqlarına uzaqdan baxım. Yenə də deyirəm, hər kəsin şəxsi həyatına hörmətim var və olacaq da”

FARS-MOLLA REJİMİ YENƏ DƏ «GEY» DEYƏ-DEYƏ QALIB

Qeyd edək ki, yenidən Türkiyəyə qayıdan Murad Fətullayev həm türk, həm də azərbaycanlı tamaşaçılar tərəfindən böyük maraqla izlənilən “Kurtlar vadisi”, “Adanalı”, “Arka sokaklar”, “Suç dosyası”, “Sınav” kimi baxımlı türk seriallarında kiçik rollar ifa edib.

Vaxtilə Türkiyənin “Mixx TV” telekanalında əyləncəli verilişin aparıcısı olub. Hazırda Türkiyənin tanınmış teleaparıcısı Acun Ilıcalının “Acun media” şirkətində televiziya proqramlarının, eləcə də “Coca-cola”, “Türkcell” və başqa reklamların kastinq direktoru vəzifəsində işləyir. O, həmçinin İstanbulda “Quliyeva adına teatr”da da tamaşalarda oynayır».

Geri qayıt