Əsas Səhifə > Cəmiyyət > MİSİR MƏRDANOVUN TƏHSİLİ CAN ALDI

MİSİR MƏRDANOVUN TƏHSİLİ CAN ALDI


6-06-2012, 12:28
MİSİR MƏRDANOVUN TƏHSİLİ CAN ALDI

İMTAHANDAN KƏSİLƏN 16 YAŞLI GƏNC ÖZÜNÜ ASDI

Ötən gün saat 13:14 radələrində Bakının Qaradağ rayonunda 16 yaşlı gənc özünü asıb. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından ANS PRESS-ə verilən məlumata görə, rayonun Ümid qəsəbəsində yaşayan 16 yaşlı Rəşad İmranzadə özünü yaşadıqları evdə asıb. O 294 saylı məktəbin 9-cu sinif şagirdi olub.

Mərhumun yaxınlarının həkimlərə bildirdiklərinə görə, Rəşad İmranzadə imtahanda yaxşı nəticə əldə edə bilməyib. Ehtimal olunur ki, onun özünə qəsd etməsinə elə bu səbəb olub.

Geri qayıt